“30 il torpaqlarımızın işğalda qalmasına şəriait yaradıblar”

18:08 10-10-2024 | icon 433 | Siyasət
“30 il torpaqlarımızın işğalda qalmasına şəriait yaradıblar”

Kamilə Əliyeva: "Gərginliyi alovlandırmaq üçün çabalayır, qərəzli oyunlar qururlar"

 

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğal altında olan ərazilərinin azad olunması, müstəqilliyimizin, suverenliyimizin tam təmin edilməsini bir sıra hegemon dövlətlər həzm edə bilmir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında professor Kamilə Əliyeva bildirib.

 

Professor qeyd edib ki, Azərbaycan Prezidenti erməni işğalı altında olan torpaqlarımızı azad etməklə yanaşı, beynəlxalq hüququn aliliyini də təmin etdi və bununla Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasında böyük imkanlar yaratdı. O, hesab edir ki, regionda yaranan bu reallıq xarici gücləri qane etmədiyi üçün gərginliyi alovlandırmaq üçün çabalayır, qərəzli oyunlar qururlar.

 

K.Əliyeva eyni zamanda Prezident İlham Əliyevin bu siyasətinin dünyanı narahat edən böyük problemin həllinə də böyük töhfələr verib. O, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP-29) Azərbaycanın ev sahibliyi etməsinin dünya dövlətləri tərəfindən yekdilliklə dəstəkləməsi ilə əlaqələndirib. Onun fikrincə, bu fakt ölkəmizin bəşəriyyətin sağlam gələcəyi üçün gördüyü işlərə verdiyi qiymətin təzahürüdür:

 

“Təəssüflər olsun ki, bəzi dövlətlər, siyasi dairlər Azərbaycanın COP 29-a ev sahibliyi etdiyi bir ərəfədə ölkəmizə qarşı yalan, qərəzli böhtan fikirlər səsləndirir, əsassız bəyanatlar qəbul etmək niyyətini güdürlər. ABŞ senatının və Nümayəndələr Palatasının oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciət də bu qəbildəndir. Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşü zamanı etdiyi çıxışında qətiyyətli, açıq şəkildə ABŞ Dövlət Departamentinin Azərbaycanı hədələmək üçün öz özünə məktub ünvanladığını bildirdi. Demokratiyadan, insan hüquqlarından dəm vuran ABŞ İraqda, Əfqanısatanda və dünyanın bir çox ölkələrində müharibələr törətmiş, milyonlarla insanın qətlə yetirilməsinə səbəb olmuşdur. ABŞ bu günə qədər də İnsan Hüquqları kovensiyasına qoşulmayıb. Minsk qrupunun həmsədri olan ABŞ Faransa ilə bərabər 30 il Azərbaycanın torpaqlarının işğalda qalmasına şəriait yaratmışdır. ABŞ-ın ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı yersiz ittihamlarının heç bir əsası yoxdur. Azərbaycana qarşı olan siyasi, hərbi təxribatlarının qarşısı qətiyyətlə alınacaqdır”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?

Yeni sirk proqramı hamını heyran etdi

Bu gün daha 4 görüş keçiriləcək

Lənkəranda Veravulçay DAŞIB

Bakı Kənar Dairəvi yolunda uçqun TƏHLÜKƏSİ

Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi DƏYİŞDİ

Dəniz suyu içə bilən meymunlar aşkarlandı

"Bu onun üçün ağır nəticələrə səbəb olacaq"

Hansı bağırsaq şişləri ən təhlükəlidir?