Ukrayna prezidentliyinə namizəd Azərbaycan qoşunlarını Donbasa yollamağa çağırdı
13:02 14-03-2019
|
653 |
Geopolitika
Ukrayna prezidentliyinə namizəd Azərbaycan qoşunlarını Donbasa yollamağa çağırdı
Ukrayna prezidentliyinə namizəd Aleksandr Vilkul dövlət başçısı seçiləcəyi təqdirdə ölkədə sülhü bərqərar edəcəyinə söz verib.
Versus.Az “Nikopolnews”ə istinadən xəbər verir ki, Aleksandr Vilkulun seçkiqabağı proqramında Donbasa dost və neytral ölkələrin sülhməramlı qoşunlarının yeridilməsi kimi bir addım əksini tapıb.
Ukrayna prezidentliyinə namizədin proqramında deyilir ki, sülhməramlı qoşunlara Belarus, Qazaxıstan, Azərbaycan, Finlandiya, Avstriya və İsveç ordularının hərbçiləri daxil edilməlidir.
Aleksandr Vilkulun seçkiqabağı proqramında dost və neytral dövlətlərin siyahısının məhz bu tərkibdə olmasının səbəbləri açıqlanmır.
Versus.Az
Xəbər lenti
Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu
"O nerden bilsin?" üçün bir araya gəldilər