Muğam Mərkəzində elmi seminar keçiriləcək

14:09 14-03-2019 | icon 518 | Mədəniyyət
Muğam Mərkəzində elmi seminar keçiriləcək

 

Versus.Az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində 2019- cu il martın 15-də saat 12:00-da Beynəlxalq Muğam Mərkəzinin  "Dəyirmi masa"layihəsi çərçivəsində "Novruz ənənələri milli-mənəvi dəyərlərin təcəssümü kimi " mövzusunda elmi seminar keçiriləcək.

Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən gözəl bayramlardan biridir. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir.  Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərilməsi kimi sağlam bir təməl yaradıb.

Azərbaycan Respublikasının birinci Vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım  Əliyevanın diqqət və qayğısı sayəsində 2009-cu ildə  Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməklə  Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazılıb.

 

Xalq yaradıcılığının öyrənilməsi sahəsində Beynəlxalq Muğam Mərkəzinin keçirdiyi tədbirlərdən biri kimi bugünkü seminar mühüm kəsb edir.

 

Qeyd edək ki, seminarda təqdim edilən elmi məruzələr Novruzun öyrənilməsində elmi mənbə kimi çıxış edə və gələcək tədqiqatlar üçün yeni perspektivlər aça bilər.

Qeyd etmək lazımdır ki, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.

Seminarda aşağıdakı məruzələr dinləniləcəkdir:
1. Giriş sözü: Nailə Rəhimbəyli-sənətşünaslıq üzrə elmlər doktoru, professor 
2. Novruz ənənələri milli-mənəvi dəyərlərin sistemi kimi-filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoy                 
3. Novruz çərşənbələrinin ritual mahiyyəti və fəlsəfəsi- filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli 
4. Novruz türk dünyasında-filologiya üzrə elmlər doktoru, professor Füzuli Bayat 
5. Azərbaycan bəstəkarların yaradıcılıqlarında bahar mövzusu - əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova  
6. Azərbaycan klassik ədəbiyyatımızda Novruz-filologiya üzrə elmlər doktoru Nizami Muradoğlu
7. Novruz poetik mətnlərdə-filologiya üzrə elmlər doktoru, professor Minaxanım Təkləli 
8. Musiqi folklorunda Novruz-sənətşünaslıq üzrə fəlsəfə doktoru Bənövşə Rzayeva

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR