Bütün proqnozları çin çıxan alimdən ŞOK XƏBƏRDARLIQ

16:55 14-03-2019 | icon 506 | Maraqlı
Bütün proqnozları çin çıxan alimdən ŞOK XƏBƏRDARLIQ
 

 

Zəlzələ ilə bağlı verdiyi proqnozlarla bütün dünyada diqqəti üzərinə çəkən hollandiyalı mütəxəssis Frenk Huqerbits daha bir ehtimalı ilə gündəm olub.

 

Versus.Az publika.az-a istinadən xəbər verir ki, 2019-cu ildə verdiyi bütün proqnozları doğru çıxan mütəxəssis Türkiyədə yaxın tarixdə dəhşətli yeraltı təkanların olacağını açıqlayıb.
O bildirib ki, dağıdıcı seysmik təkanlar 6-7 bal gücündə olacaq. Huqerbitsin internet saytında paylaşdığı video və bilgilərə görə, zəlzələ 13-17 mart tarixləri arasında yaşanacaq. Mütəxəssis qeyd edir ki, bu tarixlər arasında planetlərin sıralanması dəyişəcək və bunun nəticəsində Yerin qabığında seysmik fəallıq artacaq. Belə ki, 14 martda Merkuri, Günəş və Neptun, 15 martda isə Günəş, Merkuri və Yer kürəsi eyni mövqedə sıralanacaq.

Zəlzələ proqnozçusu yeraltı təkanların mərkəzi haqqında da bəzi təxminlər verib. O bildirib ki, Rusiyanın Kamçatka adası və Yaponiya sahilləri, həmçinin, Türkiyənin Qara dəniz və Egey dənizi sahillərinin yerləşdiyi Avrasiya zəlzələ xətti seysmik baxımdan fəallaşacaq. Avropada Portuqaliyanın sahillərinə də diqqət çəkən Huqerbits bu bölgədə də böyük bir zəlzələnin meydana gələcəyinin qaçılmaz olduğunu vurğulayıb.
Qeyd edək ki, Frenk Huqerbits ilk olaraq 21-22 fevral tarixlərində dünyada 7 və 8 bal gücündə zəlzələnin olacağını demiş, bundan sonra Ekvadorda 7,5 gücündə seysmik təkanlar qeydə alınmışdı. Mütəxəssisin ikinci proqnozu da düz çıxmış və Peruda 7,1 bal gücündə zəlzələ qeydə alınmışdı. Daha sonra 7 və 9 mart arasında yenidən Yerin silkələcəyini açıqlamış və bu dəfə 10 martda Fiji adalarında 6,2 bal gücündə təkanlar baş vermişdi.
Xatırladaq ki, zəlzələ mütəxəssisi bu proqnozları Günəş sisteminə daxil olan planetlərin hərəkəti, geometrik indeksi və mövqeyinə əsasən verir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol