Sinif yoldaşım Məmmədi yenə xatırladım…

17:28 08-10-2017 | icon 988 | Köşə
Sinif yoldaşım Məmmədi yenə xatırladım…

Əmrah Fəqanoğlu

Hərdən uşaqlıq xatirələrimi vərəqləmək keçir könlümdən. Ağlı-qaralı və həm də rəngarəng xatirələrimi. Orta məktəbin 4-cü sinfinə getdiyimiz ilk gün fənn kabinəmizdə 10-a yaxın yad uşaq görüb təəccübləndik. Müəllimimiz dedi ki, bu uşaqlar qonşu Səfərbinə kəndindən gəliblər, orta təhsillərini bizim məktəbdə davam etdirəcəklər. Çünki həmin kənddəki məktəb ibtidai idi. Günlər, aylar keçdi və biz yeni sinif yoldaşlarımızla qaynayıb-qarışası olduq, onlarla əməlli-başlı dostlaşdıq…

Onların içərisində Məmməd adlı birisi vardı, dərslərini pis oxumurdu, özünü sinif rəhbərimizə zirək uşaq kimi tanıda bilmişdi. Biz də bunu səmimi sinif yoldaşı, sədaqətli dost bilirdik deyə təklif irəli sürüləndə sinifqom olmasına ikiəlli razılıq verdik. Amma Məmməd sinifqom keçəndən sonra tamamilə dəyişib, başqa adam oldu. Sinif rəhbəri ilə uşaqlar arasında narazılıq yaratdı. Həmin vaxt sinfimizdəki uşaqlardan biri Məmməd haqqında satirik şeir yazmışdı və o şeirin bir neçə bəndi hələ də yadımdadı:

Sənin kimi dostların dostluğu lap zay imiş,
Dostluğunun vəfası tülkülərə tay imiş.
Nə olsun ki, müəllim səni seçdi sinifqom,
Hamı təbrik elədi -Məmməd keçdi sinifqom, 
Sənin kimi tiplərin sonu heçdi, sinifqom!
Sənin olmayan günün demə, bayram, toy imiş
Dostluğunun vəfası tülkülərə tay imiş…

Məmməd bu həcvi yazan yoldaşımıza öz cızma-qarası ilə cavab yazmaq istəsə də, onda alınmadı, əksinə, yenidən gülüş hədəfinə çevrildi.
Orta məktəbi bitirib, hərəmiz öz arzumuzun ardınca, bəlkə də həyatın sərt diktəsi ilə ayrı -ayrı yerlərə gedəsi olduq. Məmmədin dəyişkənliyini isə əfv etdik getdi. Allah əfv edəndirsə, biz nə karəyik kin saxlayaq?!
O vaxtdan neçə illər keçsə də bu əhvalatı xatırlayanda həmişə üzümdə bir təbəssüm hiss edirəm. Öz eyiblərini yox etmək əvəzinə güzgünü qırmağa çalışanlardan fərqli olaraq mən güzgüdə belə bu təbəssümümü seyr etməkdən məmnunluq duyuram.
Yəqin ki, Məmməd qardaşımız da dəyişə-dəyişə inkişaf edib və hazırda da işləri pis getməz…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı