"Deputatlar bu barədə səhv fikirdədirlər"
Hafiz Hacıyev: "Özlərini göstərmək istəyirlər, amma gərək oyun çıxartmasınlar"
"Bəzi deputatlar bir fikir bildirərkən sanki istəyirlər nəyisə kəşf etsinlər. Amma həmişə olduğu kimi, bələdiyyələrlə bağlı fikirlərində də yanlışdılar. Kimdir bələdiyyələrin sözünə baxan?"
Versus.Az xəbər verir ki, bunu deputat Elşad Musayevin bələdiyyələrlə bağlı fikirləri ilə razılaşmadığını bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, Bələdiyyələr heç bir səlahiyyəti olmayan qurumdur, ancaq vaxtilə torpaq satmaqla məşğul olublar:
"Deputatlar bu barədə səhv fikirdədirlər. Zaman əvvəlki zaman deyil. Hansı ərazilərdə ciddi problemlər varsa, həmin problemlərlə məşğul olmaq lazımdır. Hər halda, dövlət başçısı özü bilir hansı qərar nə vaxt qəbul olunacaq. Bəzi deputatlar özlərini göstərmək istəyirlər, ancaq gərək ciddi fikirləşsinlər və özlərindən oyun çıxartmasınlar. O qədər ciddi problemlər var ki, onları həll etmək lazımdır".
Partiya sədri xatırladıb ki, bələdiyyələr haqqında yeni qanunun qəbul edilməsi gözlənilir.
Qeyd edək ki, Milli Məclisin deputatı Elşad Musayev açıqlamalarının birində bildirib ki: - "Bələdiyyələrə imkan vermək lazımdır ki, işləsinlər. Bir bələdiyyənin ərazisində 30 min avtomobil var. Qanunvericilikdə dəyişiklik edək, imkan verək ki, bələdiyyələr hər avtomobildən ildə 10 manat əmlak vergisi götürsün".
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"