Gürcüstan prezidenti İrəvanda ERMƏNİLƏRİ İŞĞALÇI ADLANDIRDI 

12:46 15-03-2019 | icon 341 | Geopolitika
Gürcüstan prezidenti İrəvanda ERMƏNİLƏRİ İŞĞALÇI ADLANDIRDI 

 

Ermənistanda səfərdə olan Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin bu ölkənin rəhbərliyi ilə danışıqlarının mövzularından biri regional münaqişələr olub. Yerevanda aydınlaşdırmağa çalışıblar ki, Bakıda "Gürcüstan və Azərbaycan ərazilərinin işğalı" haqqında verdiyi bəyanatda Gürcüstan dövlətinin başçısı nəyi nəzərdə tutub. Nəticədə, Gürcüstan prezidenti nəinki Dağlıq Qarabağ üzrə öz mövqeyini təsdiq edib, həm də Ermənistan rəhbərliyinin ünvanına ittihamlarla çıxış edib.
 

Versus.Az virtualaz.org-a istinadən bildirir ki,Salome Zurabişvilinin sərt mövqeyi Gürcüstanın bütün postsovet dövrü ərzində Ermənistan-Azərbaycan münaqişəsinin tərəflərinə münasibətdə sərgilədiyi "bərabər uzaqlıqda" siyasətinə son qoya bilər.
 
Yerevanda Gürcüstan prezidenti Salome Zurabişvilini qəbul edən Ermənistan rəhbərliyini qonşu dövlətin başçısının Bakıda verdiyi heç də birmənalı olmayan bəyanatı ilə bağlı izahatarı xüsusilə maraqlandırırdı. Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 27-də xanım Zurabişvili Azərbaycan və Gürcüstan ərazilərinin işğalı mövzusuna toxunmuşdu. Onun Gürcüstanın muxtar vilayətləri olan Cənubi Osetiya ilə Abxaziyanın Rusiya tərəfindən işğalı barədə söylədikləri heç kimi təəccübləndirmədi - belə ki, Gürcüstan rəhbərləri tez-tez Moskvanın ünvanına bu cür ittihamlarla çıxışlar edirlər. Lakin bu dəfə Gürcüstan prezidenti ilk dəfə açıq şəkildə Ermənistanı Dağlıq Qarabağın və ona bitişik bir sıra ərazilərin işğalında ittiham etdi.
 
"Biz, demək olar ki, eyni vaxtda ölkələrimizin müstəqilliyini bərpa etdik və eyni faciələri yaşadıq", - Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində Salome Zurabişvili bildirmişdi. Bu zaman Gürcüstan dövlətinin başçısı dəqiqləşdirmişdi ki, "oxşar faciələr" dedikdə məhz ərazilərin işğalını nəzərdə tutur.
 
"İşğal xətləri bizim üçün də sağalmaz yaradır", - prezident sözlərinə davam edib və məmnunluğunu bildirib ki, işğala baxmayaraq, Gürcüstan və Azərbaycan "öz dövlətçiliklərini gücləndirə və iqtisadiyyatlarını inkişaf etdirə biliblər".
 
"Kommersant"ın bildirdiyinə görə, Yerevandakı görüşlərdə, o cümlədən Ermənistan prezidenti Armen Sarkisyanla və baş nazir Nikol Paşinyanla görüşdə Salome Zurabişvilinin Bakı bəyanatları mövzusu müxtəlif kəskinliklə qaldırılıb. Lakin Gürcüstan prezidenti özünə bəraət qazandırmağa, yaxud da bəyanatını ört-basdır etməyə çalışmayıb. Əksinə, o, erməni tərəfinin ünvanına bir sıra iradlarla çıxış edib.
 
Ələlxüsus, Ermənistan Milli Assambleyasının sədri Ararat Mirzoyanla görüş zamanı Salome Zurabişvili xəbərdarlıq edib: onun ölkəsi üçün Ermənistan tərəfindən Gürcüstanın ərazi bütövlüyünün sözdə deyil, əməldə tanınması "çox vacibdir". Dövlət başçısı dərhal izahat verib ki, Dağlıq Qarabağın nümayəndə heyətlərinin Abxaziyaya və Cənubi Osetiyaya səfərlərini nəzərdə tutur. "Bununla da, səfərlərin təşkilatçıları özləri nümayiş etdirirlər ki, bu münaqişələr simmetrikdir", - Gürcüstan prezidenti narazılığını gizlətməyib. "Bu, çox təəssüf doğuran və ağrılıdır, - Salome Zurabişvili eyni əhvalda sözlərinə davam edib. - Biz hesab edirik ki, burada (Ermənistanda - "Kommersant") ölkəmizə münasibətdə olmalı olduğu qədər xoş niyyət yoxdur".

 

Versus.Az

Xəbər lenti

Vətəndaş Cəmiyyəti ilə bağlı “yol xəritəsi” və atılan addımlar - MÜSAHİBƏ

Rauf Zeyni: “Vətəndaş cəmiyyəti milli maraqların milli təhlükəsizliyin müdafiəsi nöqteyi-nəzərindən öz iradəsini ortaya qoydu”

"MƏN"İ MƏNƏ ANLATMA

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB bu ailələrin 1 aylıq ərzaq təminatını öz üzərinə götürdü

""Sağ əlin verdiyini sol əl bilməməlidir" məsəli bu məqamda yerinə düşmür"

Mədəniyyət komitəsinin sədri bir sıra təkliflərlə çıxış edib

Kürdəmir spirt emalı zavodunun rəhbərliyi Prezidentin çağırışına qoşuldu /VİDEO+FOTO/

İşsizlərə müavinətlər ATM-lər vasitəsilə veriləcək

"Dağlıq Qarabağda “seçkilər”in keçirilməsi beynəlxalq hüququn pozulmasıdır"

Rusiyada koronavirusu yeni üsulla müalicə etməyə başlayıblar

Əcnəbilərin qeydiyyat, daimi və müvəqqəti yaşama ilə bağlı müraciətlər haqqında

"Dağlıq Qarabağdakı "seçkilər" qanunsuzdur"

“Biz tarixi dəyişdirə, tariximizdən imtina edə bilmərik”

"Özümü, bizi, hamımızı daha da ruhlandırırıq"

Laçınlı aztəminatlı ailələrə yardım verilməsi davam etdirilir

“Adına torpaq olanlar yardımdan kənarda qalır, buna təkrar baxılmalıdır”

İşsizlər üçün birdəfəlik ödəmə kimlərə veriləcək?

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə əməldə millət vəkili oldu

“Ermənistan savaş istəmirsə, ordusunu Qarabağdan çıxarsın!” - MÜSAHİBƏ

KƏLBƏCƏR FACİƏSİ: Nədən 2-ci plan və nədən?..

Koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar qüvvəyə minib

"Avstraliya Dağlıq Qarabağdakı "seçkilər"i tanımır"

Muzdlu işçilərə 215 milyon manat həcmində kompensasiya veriləcək

Bir millət aydınlarından yenilər

Bu tələbələrin təhsil haqqı ödəniləcək

İcazəsiz hərəkət edən şəxslərin barələrində tədbirlər görülür - FOTO

Arzu Bağırova da yardımlaşma kampaniyasına başladı

İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılacaq - RƏSMİ

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

“Kimsə onları psixoloji terapiyaya məcbur edə bilməz”

"İnsanlar üzərində ilk tədqiqatlar aparılmalıdır"

Kolumbiya Venesuelanın yardımından imtina edib