“Qızıl qələm”li zibilyığan

17:49 07-10-2017 | icon 1822 | Köşə
“Qızıl qələm”li zibilyığan

Əmrah Fəqanoğlu

Jurnalist olmaq, jurnalist həyatı yaşamaq bizim alın yazımızdır. İstəsək də, istəməsək də bu yazılanlarla barışmağa, Tanrının bizə verdiyi yoxuşu enişindən, acısı şirinindən çox olan ömür payını beləcə yaşamağa məhkumuq. Əhatəndəki adamın sənin jurnalist olduğunu bilə-bilə, yaxud bilməyərəkdən bütün jurnalistlər haqqında söylədiyi sözlərdən halbahal olmaq də yəqin ki, alın yazısının bir parçasıdır. Tərifli söz işlədiləndə məmnun olursan, tənqidi, daha doğrusu, xoşagəlməz fikir eşidəndə əsəbindən özünə yer tapmırsan. Biri “reket” jurnalistlərdən danışır, qalanlarını da qatır onlara, o biri jurnalistliyin dərin savad tələb etməməsi barədə “akademik” mülahizə irəli sürür, digəri də jurnalistlərin hamısıni yalan yazmaqda ittiham edir. Özü də bunları danışan adamlar özləri guya buğda yeyib cənnətdən çıxıblar. Elə “müqəddəs”dirlər ki, bircə ətəklərində namaz qılanları çatışmır… Amma işləri çətinə düşən kimi onların problemlərini, dərd-sərlərini qələmə alıb, ictimaiyyətə çatdıracaq jurnalist sorağına düşürlər.

Bu qarlı qış günündə niyə bu əhvalatı xatırladım, heç özüm də bilmirəm. Amma hər dəfə yadıma düşəndə ikili hisslər keçirirəm-həm əsəbiləşirəm, həm də ironiyalı gülüş yaranır üzümdə. Deməli belə: Günlərin birində Ağsu şəhərindən Bakıya gəlirdim. Ağsu postuna çatar-çatmaz qarşısındakı avtomobili qovan DYP maşını ilə rastlaşdım. Çox sürətlə şütüyürdü, onunla qəza anı yaşamamaq üçün hətta maşını yoldan kənara çəkmək məcburiyyətində qaldım və etiraz əlaməti olaraq qarşı uzaqvuran faraları yandırıb-söndürdüm. Qanunsuz təqiblə məşğul olmaqla, başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan həmin DYP inspektorunun mənə acığı tutduğundan, sən demə, qarşıdakı posta maşınımın saxlanması barədə göstəriş veribmiş…

Posta çatar-çatmaz başı ülgüclə qırxılı, gövdəsindən “Rembo”nu xatırladan uca boylu cavan inspektor qırğı kimi maşının üstünə şığıyıb, “saxla” əmri verdi. Saxladım, təbii… Heç bir qaydanı pozmadığımı isbatladım, amma nə fayda. Sənədlərimi alıb posta qaçdı, mən də ardınca getdim. Jurnalist olduğumu və hüquqlarımı yaxşı bildiyimi söylədim. “Qoçaq” inspektor “jurnalist” kəlməsini eşidəndə amiranə tərzdə “mənim də atam jurnalistdir, özü də “Qızıl qələm” mükafatı alıb”-dedi və mənə absurd ittiham əsasında cərimə yazmağa başladı. “İnanmıram ki, atası jurnalist olan şəxs jurnalistə-atasının həmkarına qarşı belə kobud davransın”-dedim… O isə atasının “Qızıl qələm”li jurnalist olduğunu və lazım gələrsə, öz təcrübəsini mənə öyrədə biləcəyini and-aman eləməkdə idi…

Sonradan onun atasını şəxsən tanıyan yerlimizdən öyrəndim ki, əslində atası jurnalist deyil, zibil daşıyan maşının fəhləsidir. Özü də əməlli-başlı orta məktəb təhsili də yoxdur… Mənim aləmimdə peşənin yaxşısı-pisi yoxdur, hər kəs bacardığı işin qulpundan yapışıb, ailəsinə çörək qazanır. Baçlıcası, peşə daşıyıcılarının hamısının vicdanlı, məsuliyyətli olmalarıdır. Öz iddiasını həyata keçirmək üçün (Allahın köməyi ilə heç keçirə də bilmədi-öz sürücülük hüquqlarımdan istifadə edib, haqsız cəriməni ləğv etdirdim) çirkin yalan danışmaqdan həya etməyən həmin inspektorun az sonra BDYP rəhbərliyinin əmri ilə işdən qovulduğunu eşidəndə isə “yəqin “Qızıl qələm”li atanın yanında sənə adına layiq bir iş tapılar”-deyə düşündüm…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...