"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

20:26 16-03-2019 | icon 547 | Cəmiyyət
"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

"Şəhidlər baş tacımızdır. AXCP ailəsi olaraq, Şəhid ailələrini ziyarət etməyi özümüzə borc bilirik..."

 

Versus.Az-ın məlumatına görə, AXCP sədri Razi Nurullayev bunu Şəhid ailələri ilə görüşündə bildirib:

 

"Hər il olduğu kimi bu il də Novruz bayramı ərəfəsində Şəhid ailələrinin yanında olmaq, onların qayğı və problemləri ilə maraqlanmağı özümün mənəvi borcum hesab etdim".

 

Partiya sədri və funksionerləri Aprel döyüşlərində şəhid olmuş Əlizaman İslamovun anası Hürnisə ananın, 1- ci Qarabağ savaşında şəhid olmuş İsmayıl Şərbətovun həyat yoldaşı Səfurə ananın, 2013-cü il şəhadət zirvəsinə yüksəlmiş Anar Əsgərlinin anası Fərqanə ananın ziyarətində olublar. Hər üç Şəhid ailəsi şəhidlərin keçdiyi mübarizə yolu haqqında söhbət açıb.

 

AXCP sədri Razi Nurullayev təəssüratlarını bölüşüb:

""Vətən əgər uğrunda ölən varsa, Vətəndir" deyərək, cəsarətlə ölümün pəncəsinə atılmış şəhidlərimizin ailələrinə olan etinasızlıq məni çox narahat etdi. Yeganə övladı şəhid olmuş Hürnisə anaın (Şəhid Ə.İslamovun anası) oğlunun adının əbədiləşdirilməsi üçün çəkdiyi əzablar və hələ də bu məsələnin öz həllini tapa bilməməsi, həyat yoldaşı Şəhidlər Xiyabanında uyuyan Səfurə ananın (şəhid İ.Şərbətov) 7 ailə üzvü ilə birlikdə çox acınacaqlı şəraitdə yaşaması və bu məsələ ilə bağlı artıq neçə illərdir İcra nümayəndəliyinin heç bir tədbir görməməsi, "Oğluma şəhidlik adının veriləcəyi günə qurban demişəm" deyən Fərqanə ananın (Şəhid A.Əsgərli) 5 ildir hələ də bu ad üçün mübarizə aparması çox sarsıdıcı və ürək ağrıdan faktlar idi".

R.Nurullayev vurğulayıb ki, bir ananın övladı kimi doğulsalar da, bütün xalqın övladına çevrilmiş Şəhidlərimizin ailələri bütün qayğılardan azad yaşamalıdır:

"Bunun üçün hamımız əlimizdən gələni etməliyik. Bu məsələlərin də tezliklə hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm. Allah bütün Şəhidlərimizə rəhmət eləsin".

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı