"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

10:22 17-03-2019 | icon 588 | Siyasət
"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

“Ölkədə son aylarda həyata keçirilən mühüm dəyişikliklər, xüsusilə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlik addımlar, o cümlədən, vergi və gömrük sahələrində aparılann islahatlar cəmiyyətdə rəğbətlə qarşılanıb".

 

Bunu Versus.Az-a açıqlamasında siyasi ekspert Əlabbas Məhərrəmli bildirib. Ekspert vurğulayıb ki, Prezident İlham Əliyevin əhalinin problemli kreditlərinin həllinə dair sərəncamı isə bu rəğbəti daha da gücləndirib:

 

"Dövlət başçısının və 1-ci vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdə verdikləri davamlı qərarlar əhalidə müsbət dəyişikliklərin dönməzliyi qənaətini yaradıb. Bu gün prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı isə nəzərdə tutulan məhbuslara və onların doğmalarına ən böyük hədiyyə oldu. Əfv sərəncamının şamil olunduğu yüzlərlə məhbusun ailəsi üçün bu müjdə bəlkə də həyatlarının ən xoş xəbərinə çevrildi. Əfv sərəncamının 10-larla müxalifətçiyə şamil edilməsi də göstərdi ki, prezident özünü hümanist siyasətində siyasi baxışlara görə ayrı-seçkiliyə yol vermir. O baxımdan, dövlət başçısının bu gün imzaladığı əfv sərəncamı milli həmrəyliyin möhkəmləndirilməsinə töhfə verən mühüm addım kimi qiymətləndirilməli və alqışlanmalıdır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı