Laçın məktəbində NOVRUZ ab-havası
37 saylı tam orta məktəbdə “Yurdumuza bahar gəlir” şənliyi
Xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramı münasibətilə martın 16-da Ağcabədinin Taxta körpü qəsəbəsində yerləşən Laçın şəhər 37 saylı tam orta məktəbdə “Yurdumuza bahar gəlir” adlı tədbir təşkil olunub.
Versus.Az-ın məlumatına görə, tədbirdə məktəbin direktoru, müəllim kollektivi, şagirdlər və valideynlər iştirak ediblər. Tədbir “Laçınım” mahnısı ilə başlayıb.
Sonra məktəbin direktoru Səxavət Məmmədov çıxış edərək tədbir iştirakçılarını təbiətin oyanışından xəbər verən, insan həyatına yenilik, süfrələrə xeyir - bərəkət bəxş edən Novruz bayramı münasibətilə təbrik edib.
Səxavət Məmmədov Novruz bayramının tarixi kökləri, qeyd edilmə adətləri haqda məlumat verib.
Direktor şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılmasının, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini vurğulayıb.
Müsəlmanların milli bayramının önəmindən danışan direktor, bu şənlik tədbirini gələn il dogma Laçınımızda qarşılamağı arzu etdi.
Qeyd edək ki, tədbirdə şagirdlərin iştirakı ilə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, səhnəciklər nümayiş etdirilib.
Riyaziyyat müəlliməsi Şamma Yusifova sac üzərində kətə, yuxa bişirməklə ənənəmizi nümayiş etdirib.
9-cu sinif şagirdləri isə şəkərbura üzərində naxışların qoyulmasını, bişirilməsini nümayiş etdiriblər.
“II B” sinifinin müəlliməsi Elyanə Zeynalovanın şagirdləri milli geyimdə rəqsləredib, “Arşın mal alan” filmindən səhnəciklər təqdim ediblər.
Bayram şənliyi meydana Novruz personajları Bahar qızı, Kosa və Keçəlin gəlişi ilə davam edib.
Şagirdlərin ifasında Novruz bayramının adət-ənənələrini özündə əks etdirən səhnəciklər nümayiş olunub, milli rəqslərimiz təqdim edilib, mahnılar səsləndirilib.
At üzərində Azərbaycan bayrağını dalğalandıraraq edilən cəngəvərlik nümayişi tədbirə bir başqa rəng qatıb.
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...