Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

14:44 18-03-2019 | icon 641 | Siyasət
Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Prezident əfv sərəncamı imzaladı və bu addım ictimai-siyasi cəmiyədə müxtəlif  aspektlərdə dəyərləndirildi. Kimlərsə əfvi Prezidentin mütərəqqi addımı, biriləri Avropanın təsiri, digəriləri mitinqlərin, müxalifətin azadlıq mücadiləsinin nəticəsi saydı. Göründüyü kimi, birmənalı olmayan mövqelər var.

 

Əfv sərəncamının “kimin əməyinin bəhrəsi” olması ilə bağlı ortaya çıxan müzakirələrə Versus.Az olaraq münasibət öyrənməyə çalışdıq.

Bu əfvi öz əməyinin bəhrəsi kimi təqdim edənlər hansı dividenti qazanmağa çalışır?

 

 

“Bu işin görülməsinin arxitektoru Qərbdir

 

 

Eks-spiker Rəsul Quliyev:

 

“Siyasi məhbusların azad edilməsi olduqca düzgün addımdır. Ümumiyyətlə hesab edirəm ki, siyasi məhbusların azad edilməsi Prezidentin və onun ətrafının dəsti-xətti deyildir.

Bu işin görülməsinin arxitektoru Qərbdir. Qısa desək, ABŞ və Avropadır.

 

Daxili arxitektorun isə kim və ya kimlər olmasını müəyyənləşdirmək olduqca çətindir. Tək onu əminliklə söyləmək mümkündür ki, 16 ildən sonra Heydər Əliyevin ölkəni idarə etmək siyasətinin fundamenti çat verib.

 

Düşünürəm ki, hazırda növbəti mərhələdə insanların əsas hüquqları olan seçmək və seçilmək hüququ bərpa edilməli, eyni zamanda real reformalara başlanılmalıdır”.

 

 

“...Dövlət başçısının demokratik islahatlara doğru müsbət iradəsi olub”

 

 

Siyasi ekspert İlqar Altay:

 

“Mənim fikrimcə, dövlət başçısının bu azadetmə qərarı Konstitusiyaya görə məhbus vətəndaşlarımızın azadlıq haqqı, hüququ tanındığına görə verilib. İkincisi, bu qərarda Azərbaycan xalqı və dövlətçiliyimizə doğru xoş məramı nəzərdə tutulub.

 

Təbii ki, ortada dövlət rəhbərliyinin və başçısının demokratik islahatlara doğru müsbət iradəsi olub. Bunlar əsas amillərdir. Yəqin ki, burada vətəndaş cəmiyyətlərinin, siyasətdə olan qərəzsiz ictimai insanların xalq adından çağırışları da diqqətə alınıb. Bunu da səmimi alqışlayıram.

 

Bəzi qrupların, iqtidarın guya müxalifət, yaxud Qərbdən çəkinib bu addımı atması kimi fikirlərini yanlış, həm də zərərli sayıram. 19 yanvar mitinqindən sonra da belə impulsiv hisslərlə nəinki iqtidara, hətta cəmiyyətə, müstəqil ictimai insanlara qarşı həddlər yönəldi. Nəticədə iqtidar fikrini dəyişdi və mitinqə icazə vermədi. Demək, iqtidar istəsə icazə verməz və heç nə də baş verməz. Ona görə də müxalifət həm xalq və cəmiyyət, eləcə də iqtidarla düşünülmüş, konstruktiv sistemli, nizamlı münasibət qurmalıdır ki, iqtidarın son 2 ay yarım ərzində başladığı islahatları daha da inkişaf etdirməsinə təkan versin”.

 

 

“Bəzi müxalif qüvvələr məsələni öz xeyirlərinə bəzəməyi sevirlər”

 

 

 

 

Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova:

 

“Prezidentin son sərəncamından sonra hər kəs uğurları, atılan addımları özü bildiyi kimi əsaslandıra bilər.

 

Lakin hər kəs yaxşı bilir ki, cənab Prezident hər il əfv sərəncamları imzalayır. Bu birinci dəfə deyil. Tarix və faktlar göz qabağındadır.

 

Əsası odur ki, Azərbaycan Prezidentinin növbəti əfv sərəncamı 399 nəfərin bağışlanılmasına, Novruz Bayramını ailələri ilə birlikdə keçirmələrinə xidmət etdi.

 

Azərbaycan Prezidenti cənab ilham Əliyevə tərəfimizdən təşəkkür edirik”.

 

 

“Bu əfvin yeganə müəllifi də, icraçısı da Prezidentdir”

 

 

 

DADP sədri Əlisahib Hüseynov:

 

“Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalaması və səhərisi günü həmin sərəncamın dərhal icrasına başlanılması nə Əli İnsanovun təzəcə "aşiq" olduğu "böyük Amerika Birləşmiş Ştatlarının, Konqresin və Avropanın" təzyiqlərinin nəticəsi, nə Əli Kərimlinin, İsa Qəmbərin və İlqar Məmmədovun “Facebook” statuslarının "möcüzə"si, nə Gültəkin Hacıbəylinin isterik açıqlamalarının, nə də ki, Avropada "məskunlaşmış" söyüş bloggerlərinin “Youtube” üzərindən "qəhrəman"lıqlarının nəticəsi və xidməti deyil.

 

Bu əfvin yeganə müəllifi də, icraçısı da Prezident İlham Əliyevdir. Onun xidmətlərini heç kəs öz adına çıxmağa, yaxud da, məhz 19 yanvar mitinqinin nəticəsi kimi qələmə verməyə çalışmasın. Bütün bunlar hamısı absurddur.

 

Mən onların toz basmış yaddaşlarını təzələyərək bir faktı diqqətlərinə çatdırmaq istəyirəm: cənab Prezident bu günə kimi 32 əfv sərəncamı imzalayıb və bu da 33-cüsüdür. İndiyə qədər saysız-hesabsız məhbuslar əfv olunub və bu zaman Prezident onların heç birinin siyasi baxışlarını əfv fərmanlarını imzalamaq üçün əsas kimi götürməyib və yaxud, maneə hesab etməyib.

 

İlham Əliyev hakimiyyətə zidd mövqelərdə duran şəxsləri də böyük mərhəmət hissilə əfv edib. Bu həm də onun siyasi iradəsinin göstəricisidir. Odur ki, mən müxalifət liderlərinin bütün bu yanaşmalarını yersiz hesab edirəm. Kimlərinsə əfvi öz əməyinin bəhrəsi kimi təqdim etməsi bilirsiz nəyə lazımdır? Ona görə ki, onların ortaya çıxara biləcəkləri, xalqa göstərəsi heç bir ciddi xidmətləri yoxdur. Odur ki, bir yandan 19 yanvar mitinqini, o biri yandan isə öz “Facebook” paylaşımlarını, “Youtube” çıxışlarını, bəyanatlarını gözə soxmağa və İlham Əliyevin həyata keçirdiyi inqilabi islahatları xalqımıza öz xidmətləri kimi təqdim etməyə, sırımağa çalışırlar. Əlbəttə, bu, heç kimə xeyir verməyəcək və mən bunu müxalifət liderləri üçün çox böyük bir qüsur hesab edirəm, acizlik nümunəsi kimi qiymətləndirirəm”.

 

 

“Məhbusların əhv olunması Prezidentin humanist addımıdır”

 

 

Siyasi ekspert Əlabbas Məhərrəmli:

 

“Düşünürəm ki, məhbusların əhv olunması, cənab İlham Əliyevin humanist addımıdır. Bu, Novruz bayramı ərəfəsində məhbus ailələri, siyasi düşərgə, ümumən xalqımız ücün çox gözəl addım oldu.

 

Düşünmürəm ki, bu qərar yalnız xarici təşkilatların təzyiqi ilə baş tutdu. Misal ücün Avropa şurasının, Avropa Birliyinin İlqar Məmmədovla başqa məhbuslarla baglı xeylı qətnaməsi var idi. Bu qətnamələr uzun illər qüvvədə qalsa da, nəticə vermirdi. Yalniz dövlət başçısının iradəsi nəticəsində əfv oldu və adları siyahıya salınmış digər başqa məhbuslar azad olundu.

 

Mən bu işdə işci qrupunu, Novella xanımı, Səadət xanımı, Səidə xanımı və sair hüqüq müdafiəçilərinin işini də yüksək qiymətləndirirəm”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin