Daşınmaz əmlakla bağlı dövlət reyestrindən çıxarışlar yalnız elektron qaydada veriləcək

11:28 19-03-2019 | icon 511 | Sosial
Daşınmaz əmlakla bağlı dövlət reyestrindən çıxarışlar yalnız elektron qaydada veriləcək

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiqləyən dövlət reyestri çıxarışlarının kağız formada təqdim edilməsi prosedurları tamamilə aradan qaldırılır.

 

Versus.Az xəbər verir ki, bununla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklərin edilməsi təklif olunur. Bu dəyişikliklərə əsasən, çıxarışların yalnız elektron üsulla təqdim olunması nəzərdə tutulur.

 

Yeni təklifllərdə qeyd edilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanının elektron üsulla təqdim etdiyi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

 

Çıxarış hüquq sahibinin istəyindən asılı olaraq, elekron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilir, yaxud digər elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.

Qanun layihəsinə dəyişikliklər Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı