Xırdalan 7 saylı orta məktəbdə müəllim günü
Hər il oktyabrın 5-i bütün dünyada Müəllim Günü kimi qeyd olunur.
Versus.Az xəbər verir ki, bu günü Xırdalan şəhər 7 saylı tam orta məktəbin müəllim və şagird kollektivi də qeyd edib. Tədbiri drektor müavini Ayna Məmmədova təşkil edib.
Müəllim gününə həsr olunmuş tədbiri məktəbin drektoru Zemfira Orucova açaraq, bütün müəllimləri təbrik edib. Z.Orucova bildirib ki, müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir. Bu gözəl və şərəfli işin dəyərini bilənlər həmişə müəllimə hörmətlə yanaşıb. Drektor şagirdlərin dərin və hərtərəfli bilik almaları üçün müəllimlərin bütün bilik və bacarıqlarını sərf etdiyini söyləyib. Eyni zamanda müəllim əməyinin nəticəsində cəmiyyətin formalaşdığını, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanların yetişdiyini vurğulayıb.
“Ümummilli lider Heydər Əliyev deyirdi: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir” – deyə, direktor müəllimlərin peşə bayramını təbrik edib, müəllimlərə işlərində uğurlar diləyib.
Tədbirdə şagirdlər şərəfli müəllim ömrünə həsr olunmuş şeir və mahnılar səsləndiriblər.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"