Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edirlər
Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.
Versus.Az Azərtac-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak edirlər.
Dövlətimizin başçısı və xanımı Bakının Fəvvarələr meydana gəldilər.
Bayram şənliyinin iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev sakinlərlə söhbət etdi.
Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirildi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada "Novruz" yarmarkası ilə tanış oldular.
Bayram şənliyi davam edir.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"