37 saylı Laçın məktəbində Beynəlxalq Müəllimlər Günü
Oktyabrın 5-də Laçın rayon 37 saylı tam orta məktəbdə Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Versus.Az-ın məlumatına görə, məktəbin direktoru Səxavət Məmmədov tədbiri giriş sözü ilə açaraq məktəbin kollektivini 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib və uğurlar arzulayıb. Qeyd edib ki, bu gün Laçın rayon 37 saylı tam orta məktəbin kollektivinin həyatında çox xoş və əlamətdar bir gündür:
“Müəllim peşəsi cəmiyyətdə müqəddəs və şərəfli peşələrdən biri hesab edilir. Çünki məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Belə insanlar cəmiyyəti inkişaf etdirir, ölkəni, dövləti gücləndirir. Bu gün müstəqil dövlətimizin daha da gücləndirilməsində fəal iştirak edən, cəmiyyətdə öz layiqli vətəndaş mövqeyi ilə seçilən insanlar məhz müəllim əməyinin yetirmələridir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev müəllim peşəsinə yüksək qiymət verərək demişdir: “Müəllim Azərbaycanda ən hörmətli insandır. Müəllimlər hər bir cəmiyyətin elitasıdır”. Dövlət başçımızın oktyabrın 3-də Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 58 nəfərin “Tərəqqi” medalı ilə təltif edilməsi, 57 nəfərə “Əməkdar müəllim”, 1 nəfərə “Əməkdar mədəniyyət işçisi”, 1 nəfərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarının verilməsi, 1 nəfərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi, 1 nəfərə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında imzaladığı sərəncamlar təhsil sahəsinə göstərilən diqqət və qayğının növbəti təzahürüdür”.
Tədbirdə məktəbin şagirdləri hazırladıqları şeirlərlə müəllimlərini təbrik ediblər.
Nilufər
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"