“Novruzu Cocuq Mərcanlıda qarşıladıq”

11:15 22-03-2019 | icon 810 | Cəmiyyət
“Novruzu Cocuq Mərcanlıda qarşıladıq”

Qənirə Paşayeva: “Cocuq Mərcanlıda, Cəbrayılda keçirilən bayram tədbiri dosta da, düşmənə də önəmli mesaj oldu”

 

 

Millət vəkilləri Qənirə Paşayeva, Elman Nəsirli, qardaş Türkiyə və Cənubi Azərbaycanımızdan olan dəyərli dostlar - tanınmış yazar və jurnalist Məryəm Aybikə Sinan, təşkilat rəhbəri, Azərbaycan sevdalı Fatma Sönməz və Qarabağ həqiqətlərini dünyada təbliğ edən Norveçdə yaşayan həmyerlimiz Şervin Necefpur Cəbrayılda, Cocuq Mərcanlıda Novruz bayramında iştirak ediblər. Dövlət Televiziyasının təşkil etdiyi və canlı yayımladığı bayram şənliyi yüksək ab-havayla qeyd edilib.

 

Versus.Az-ın məlumatına görə, təəssüratlarını bölüşən millət vəkili Qənirə Paşayeva bildirib ki, Cocuq Mərcanlıda keçirilən bu bayram tədbiri dosta da, düşmənə də önəmli mesaj oldu:

 

“Dünyanın hər yerində yaşayan Azərbaycanlılar da bu canlı yayımla Novruzu Cocuq Mərcanlıda qarşıladılar. Dayanmadan yağan yağışa baxmayaraq sadəcə Cocuq Mərcanlıda 26 ildən sonra öz evində bayramı qeyd edən kənd sakinləri deyil, Cəbrayılın müxtəlif kəndlərindən köçkün düşmüş bir çox insanlar, ölkəmizin fərqrli bölgələrindən gəlmiş sadə insanlarımız, ziyalılarımız, sənət adamlarımız bayramı Cocuq Mərcanlıda birgə qarşıladı və yağış bir neçə saat dayanmasa da, heç bir yerə getmədilər, bayramı sevinclə birlikdə qeyd etdik”.

 

Millət vəkili qeyd edib ki, Aprel zəfərindən bir neçə gün öncə Novruz bayramında bu kəndin çıxacağında yaşayan Oqtay bəyin ailəsini qardaş Türkiyədən gəlmiş ziyalılarla, jurnalistlərlə ziyarət edərkən ev sahibi tonqal yandırsa da, işğalçı Ermənistan tərəfindən tamamilə dağıdılmış Cocuq Mərcanlıya baxanda bayram sevincini yaşamaq olmurdu:

 

“O zaman inşallah bu bayram tonqalını Cocuq Mərcanlının bütün sakinləri ilə birlikdə yenidən abadlaşacaq bu kəndimizdə və bütün işğaldan azad edəcəyimiz torpaqlarımızda yandıraq və bayramı qeyd edək demişdik. Ali Baş Komandanımızın rəhbərliyi altında qazandığımız Aprel Zəfəri, yəni Lələ Təpə də daxil olmaqla torpaqlarımızın bir hissəsinin işğaldan azad edilməsindən sonra qısa zamanda Cocuq Mərcanlı daha da gözəl şəkildə yenidən quruldu və bu kənddən olan köçkünlərimiz öz evlərinə qayıda bildilər. Ali Baş Komadanımıza, qəhrəman şəhidlərimizə və qazilərimizə təşəkkürlər!

Uzun illər idi ki, belə bayram əhvalı yaşamamışdım. Çox duyğulu anlar yaşadım. Qəhrəman şəhidlərimiz nur içində yatsın. İnşallah inanıram ki, o gün uzaqda deyil. Cocuq Mərcanlıda bayram tonqalı ətrafında dediyimiz kimi, gələn Novruzu Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edəcəyimiz gözəl torpaqlarımızda da qeyd edəcəyik. Buna inanırıq və bunun üçün hamımız birlik olub daha çox çalışmalıyıq”.

 

Q.Paşayeva Novruz bayramını məhz Cocuq Mərcanlıdan canlı yayımla qeyd etmək təşəbbüsü və yüksək səviyyədə təşkilatçılıq üçün AzTv-yə təşəkkürlərini ifadəedib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı