“Söz” layihəsinin ən maraqlı gecəsi

18:59 04-10-2017 | icon 563 | Mədəniyyət
“Söz” layihəsinin ən maraqlı gecəsi

“Güclü qadın” adlı gecənin qəhrəmanı – QƏNİRƏ PAŞAYEVA

Tanınmış şairə Nigar Həsənzadənin rəhbərliyi altında Mədəniyyət və Turizm Nazirliyinin “SÖZ” ədəbi layihəsi çərçivəsində keçirilimiş “Güclü qadın” adlı gecənin qonağı və qəhrəmanı millət vəkili Qənirə Paşayeva olub.

Versus.Az-ın xəbərinə görə, hədsiz səmimi, təsirli və eyni zamanda maarifləndirici olan bu görüş iştirakçıların heç birini biganə qoymayıb.

Zalda hökm sürən pafosdan və stereotiplərdən uzaq, son dərəcə yaxşı atmosferdə 3 saat davam edən gecənin qonaqları arasında həm tanınmışlar, həm də sadə insanlar, ən əsası isə gecəni maraqla izləyən gənclər olub. Layihənin direktoru Nigar Həsənzadə qonağına müraciətlə “mən bu gün sizinlə siyasət haqda danışmaq istəmirəm, mən mərhəmət və səmimiyyət haqda danışmaq istəyirəm” deyib.

Bu gecədə hamı Qənirə Paşayevanın naməlum tərəflərini özü üçün aşkar edib. Gecədə iştirak edən Azərbaycanın əməkdar artistləri Gülzar Qurbanova, Hüsniyə Mürvətova, Tural Əhməd qonağın şeirlərini məmnuniyyətlə söyləyiblər.

Eyni zamanda, gecədə Qənirə Paşayevanın sözlərinə yazılan mahnılar səslənirilib. Azərbaycanın xalq artistləri Flora Kərimova, Nisə Qasımova, əməkdar artistlər Lalə Məmmədova, Aybəniz Haşımova, bəstəkar Sevinc Tofiqqızı və müğənni Ramal İsrafilov gözəl ifalarıyla gecəyə rəng qatıblar.

Hesab etmək olar ki, bu bədii gecə paytaxtın mədəni həyatının yaddaşında uzun müddət qalacaq və şübhəsiz “SÖZ” layihəsinin ən maraqlı gecələrindən biri kimi dəyərləndiriləcək.

Mirvari

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin