“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

19:42 24-03-2019 | icon 733 | Siyasət
“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

Versus.Az musavat.com-a istinadən Xalid Kazımlının Əli İnsanovla bağlı yazısını təqdim edir:

 

Son bir həftədə sabiq səhiyyə naziri, keçmiş dustaq Əli İnsanovla bağlı 10-dan çox yerdə söhbətlərə düşdüm. Bir-ikisi xaric, onunla bağlı polemikalara çox da dərindən qoşulmadım, sadəcə, iki dəfə düşüncələrimi yazdım.

 

Belə baxıram ki, bu söhbət hələ bitməyib. O qədər əfv edilən dustaq qalıb bir kənarda, hamı sabiq nazirin personasına fokuslanıb. Ondan yeni bir siyasi idol düzəldirlər.

Bu idolun əsas təqdimat kəlməsi “sınmadı”dır. Yerdə qalan hamı sınıbmış, bircə Əli İnsanov içəridən bütöv çıxıb.


İndi məlum olur ki, səhiyyə naziri əslində hələ məhkəməsinə qədər sınıb. O, hələ 2005-ci ilin oktyabrında həbs olunduqdan dərhal sonra bağışlanmaq üçün prezident İlham Əliyevə müraciət edib.

2005-ci ilin oktyabrında yazılmış müraciətin mətni Əli İnsanova hökm oxunan ərəfələrdə, 2007-ci ildə “525-ci” qəzetdə dərc olunub.

Qəzet həmin müraciəti “Cənab prezident, qarşınızda xəcalət çəkirəm” başlığı ilə yayıb. Söz yox, sabiq nazir bu məktubu lazımi ünvana həmin vaxt və ya nə vaxtsa dərc olunması üçün göndərməyib. Məqsəd canını uzun müddətli həbsdən qurtarmaq olub.

Ancaq bilindiyi kimi, bu və digər müraciətlərə baxmayaraq, sonrakı illərdə də onun bağışlanması, əfvi, hətta ona qarşı hər hansı yumşalma baş vermədi.

Beləliklə, Əli İnsanov bağışlanacağına ümidini qeyb etdikdən, əlini üzdükdən sonra “sınmamağa” qərar verib, barışmaz mübarizəyə başlayıb.

 

Bu yazıda həmin məktubu tam olaraq iqtibas etmək artıq olar, təfərrüatlar böyükdür, ancaq müraciətin təkcə giriş hissəsi ümumi qənaətə gəlmək üçün kifayətdir: “Möhtərəm cənab prezident! Qarşınızda xəcalət çəkirəm, böyük günah iş tutmuşam, aldanmışam”.

“Böyük günah iş tutduğunu” etiraf edən, “xəcalət çəkən”, bağışlanmasını istəyən adam və sınmazlıq simvolu...

Bu ikisi bir arada ola bilməz. Əli İnsanovun sonrakı “sınmazlıq hərəkatı” məcburiyyət üzündən idi. Onun “sınmazlığı” vaxtilə üzvü olduğu iqtidar komandasından qəlbən sınması ilə bağlıydı.

 

Hətta onu həbs olunduqdan bir müddət sonra bağışlasaydılar və öz postuna bərpa etsəydilər, Əli İnsanov nəinki sonradan və nə vaxtsa “sınmaz dissident”, haqq-ədalət uğrunda “əyilməz mübariz” olacaqdı, tam əksinə, iqtidara müxalifə olanlara əvvəlki qaydada “güllə” arzulayacaq, onları hər fürsətdə təhqir edəcəkdi.

 

İndi bəziləri Əli İnsanovu “iri çətirli çinar ağacı” kimi görür, hesab edirlər ki, onun kölgəsi altına doluşa biləcəklər. Bəziləri də sabiq nazirə pul-para dağarcığı kimi baxırlar.

Onlar ilk fürsətdə onu qabağa vermək, “vahid namizəd”ə döndərmək istəyəcklər. Məqsəd sabiq nazirin vaxtilə topladığı varidatın bir hissəsini “ümumi təbliğat-təşviqat və təşkilati işlər üçün” adıyla ondan qoparmaq, müftə işlətdikləri fanatiklərin adına yazıb öz ciblərinə qoymaqdır.

 

Biz belə filmləri çox görmüşük. İndi həmin serialın yeni sezonunda baş rola çəkilmək üçün yeni aktyor peyda olub. İndi də onu tərifləyib göyə qaldırmaq lazımdır.

Ancaq heç yaxşı olmadı. Sınmazlıq söhbətinin üstünün bir həftənin içində açılması yerinə düşmədi. Başqa birinə, sıravi siyasi dustaqlara münasibətdə bu kimi faktlar, müraciət mətnləri ortaya çıxsaydı, dərhal çoxları ondan üz döndərərdilər, adamı biabır etmək, “sındırılmış” adlandırmaq üçün trollar dəstəsinə hücum əmri verərdilər.

 

Amma Əli İnsanova münasibətdə belə olmayacaq. Ona ümid böyükdür. Onda pul var. Və bu pulu sağmaq üçün üçün onu müdafiə etmək lazımdır.

Hərçənd Əli İnsanov da sadölövhlərdən, lotulara pul yedirdənlərdən deyil. Onun özünün söykənə biləcəyi elektorat, iş dalınca buyuracağı komanda üzvləri var.

Əgər bu tərəflər arasında “qarşlıqlı əməkdaşlıq” sevdası baş tutmasa, ondan sonra trollar dəstəsinin Əli İnsanova qarşı qoparacağı tozanağa baxarsınız.

 

İndidən isə yalnız onu demək olar ki, hələ cəzaçəkmə müəssisəsinə düşənə qədər sınmış adamın oradan necə çıxması önəmli deyil. Qoy hər kəs faktlara ayıq nəzərlə, soyuq ağılla baxsın ki, sonradan umsuqluq olmasın.

Sabiq nazirin “oğru qanunları”na rəğbətinə gəlincə, o mif də dağlır. Adı çəkilən müraciətdə İnsanov öz “suç ortaqları”nı – Rəsul Quliyev və Fikrət Yusifovu necə lazımdır, baqaja qoyub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI