Elçin Alıoğlu bu dəfə meyxanadan yazdı

20:03 24-03-2019 | icon 1809 | Köşə
Elçin Alıoğlu bu dəfə meyxanadan yazdı

Aydın Xırdalanlı beyt və rədifli meyxananın ustası, geniş erudisiya və istedad sahibi idi. "Meyxana dedi, heyf, yaxşı şair ola bilərdi" təki diletant açıqlamalar əslində meyxanadan bixəbərlərin, "meyxana narkomanların, cəmiyyətin dibinin sənətidir" söyləyənlərin primitivizminin nişanəsidir.

 

"Meyxanaçılar narkomandır…" Ona qalsa, rok-musiqinin "div"lərinin tam əksəriyyəti narkotik maddələr qəbul ediblər. Bəstəkarlara gəldikdə isə, vaxtilə Cüzeppe Verdiyə də "küçə adamları üçün musiqi yazan əyyaş" deyirdilər. Verdi tiryəki çox sevirdi.

Musorqski, Stravinski, Raxmaninov, Domeniko Çimaroza, Zolst Qustav, Yan Sibelius, Frans Şubert kimi...

Meyxana "diblərin və narkomanların sənəti" yox, qədim əşar növüdür. O qədər qədim ki, hələ Şəms Təbrizi meyxanada dəf vurub rədifli şeir söylərdi.

 

Yəni elmi dillə desək, reçitativ improvizə edərdi.


Əliağa Vahidin "Satir-AqitTeatr" (SAT) adlı teatrda çalışdığı dövrdə meyxanalarını hətta o zamanın "Bakı fəhləsi" və "Kommunist" qəzetləri də dərc edərdilər.

Meyxanadan bəhrələnən bəstəkarlarımız arasında Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Vaqif Mustafazadə və başqaları var.

 

Məsələn, "Koroğlu" operasında təlxəyin ariozosu meyxanadır.
F.Əmirovun "Sevil" operasında Əbduləlibəyovla Məmmədəli bəyin dueti də meyxanadı.

"O olmasın, bu olsun" filmində "Hambal" rolunu oynamış, "Əhməd Rumınski" və ya "Əhməd Rumlu" kimi tanınmış şair-qəzəlxan və dramaturq Əhməd Məmmədqulu oğlu Əhmədov da iki dəfə meyxana deyib. Yadınızdamı Məşədi İbadın toy səhnəsində onun meyxanası?..

Yeri gəlmişkən, Əhməd Rumınskinin 5 mindən artıq qəzəli var.

 

Qayıdaq meyxanaya.

Dahi (bəli, məhz belə, çünki postsovet məkanında yeganə sənətçi o idi ki, Monakoda "Ağ Royal"la mükafatlanmışdı) cazmen Vaqif Mustafazadə də muğam cazında amerikan cazını meyxana ritmləri ilə sintez etmişdi.

 

Hə, vaxtilə Vladimir Vısotkskiyə də "narkoman və küçə musiqisi ifaçısı" deyirdilər.

Aydınla Vısotskini muqayisə etmirəm - müqayisəm lənətə gəlmiş "kollektiv şüur" adlı bisavad subyektivizm mərəzinin ayrı-ayrı formalarıdır.

Məncə, yetər. Yox?

Aydın Xırdalanlı nur içində yatsın…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol