Qəzəbə hakim olmağı uşaqlarına necə öyrədirlər?

12:03 26-03-2019 | icon 455 | Maraqlı
Qəzəbə hakim olmağı uşaqlarına necə öyrədirlər?

 

1960-cı illərdə Harvard Universitetinin aspirantı Cin Briqqs insan qəzəbinin təbiəti ilə bağlı maraqlı kəşf etdi. 34 yaşlı Cin Şimal Qütb Dairəsinə səyahət etmiş, tundrada 17 ay yaşamışdı.

 

Orada nə yollar vardı, nə istilik sistemi, nə telefon, nə televizor - faktiki olaraq heç nə yoxdu. Qış aylarında temperatur -40-dan da aşağı düşürdü.

Briqqs yerli inuit ailəsindən təvəqqe edərək onu "qızlığa" götürmələrini istəmişdi.

Ki, təbii şəraitdə onların həyatlarını anlasın, qeydə alsın.

Az sonra Briqqs anladı ki, bu ailələrdə nəsə ecazkar işlər baş verir: böyüklər sinirlərinə hakim olmağı, qəzəblərini idarə etməyi əla baxarırdı.

İnuitlər əsla, heç zaman (!) qəzəblənmir, söymür, bağırmırdılar. Məsələn, günlərdən birində bir inuit qaynar çaydanı iqluda başqasının ayağının üstünə aşırdı.

Ayaq yandı, buz döşəmə xətər gördü. Kimsə qışqırmadı, qəzəblənmədi. "Səbəbkar" sakitcə "Heyf" dedi və sakitcə getdi çaydanı su ilə doldurmağa.

Başqa gündə toxunulmasına iki həftə vaxt sərf olunmuş balıq toru elə suya atılan kimi yırtıldı. Kimsə qəzəblənmədi. Balıqçılardan biri "Gəlin, yenisini toxuyaq" dedi, vəssəlam.
İnuitlərin yanında Briqqs qəzəbinə hakim olmağa çalışsa da, nadinc uşaq təsiri bağışlayırdı.

O, daha impulsiv davranmağa başladı. Sornra qərara aldı ki, əcəba, inuit valideynlər qəzəbə hakim olmağı uşaqlarına necə öyrədirlər? İsterikaya, həşirə meylli uşaqları soyuqqanlı böyüklərə necə çevirirlər?

Xüləs, Briqss bir gün görür ki, 23-25 yaşlı ana hirslənmiş oğlu ilə oynayır. Uşağın iki yaşı vardı. Anası ona kiçik daş verib dedi: "Haydı, vur məni! Bir daha! Daha güclü vur!" Uşaq daşı anasına atanda isə qadın əlləri ilə üzüün bağlayıb güya ağlayırmış kimi hıçqırmağa başladı: "Ağrıtdı məni!"

Briqqs çaşıb qalmışdı. O, sonradan anladı ki, inuitlərin qızıl qaydası var: balaca uşaqların üstünə əsla qışqırmaq olmaz! Onların fikrincə, uşaqlara qəzəblənmək, onları acılamaq, hətta qəzəbli səslə danışmaq belə yolverilməzdir.

Uşaqlar balaca olanda belə davranış nəticə vermir. Əksinə, böyük daha da hirslənir. Hətta uşaq valideynini vursa və ya dişləsə belə, hirslənmək olmaz.

İnuitlər hesab edirlər ki, uşağın üstünə qışqırmaq böyüyü alçaldır. Üstəlik, problem olanda uşağa qəzəblənməyi öyrədir. Qəzəblərini idarə edən valideyn uşağa da belə davranmağa örnək olur.

İnuitlərdə uşaq qışqırıb ağlayanda cəzalanmırdı. Əksinə, valideyn ona səbrlə başa salırdı ki, belə davranışının sonucu nə ola bilər.

Beləcə, inuitlər uşaq yaşlarından əxz edirlər ki, qəzəbə hakim olmaq gərəkdir. Nədən ki, insan artıq qəzəblənibsə, hisslərini idarə edə bilmir.

Siz də qəzəbli olmayanda emosiyalarınıza nəzarət etməyi öyrənsəniz, kritik vəziyyətdə qəzəbin öhdəsindən gəlmə şansınız artar.

Və unutmayın: uşaqlarda ən müxtəlif emosiyalar var. Onların beyinlərinin prefrontal qılafı sonadək inkişaf etməyib.

Ona görə də uşağın emosiyasına reaksiya verdiyimiz zamanı davranışımız onun beynini fiziki olaraq formalaşdırır.

 

Oxuduğunuz üçün təşəkkür edirəm. (Elçin Alioğlu)

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI