İranda iki şəhərin boşaldılmasına göstəriş verildi

12:06 26-03-2019 | icon 395 | Dünya
İranda iki şəhərin boşaldılmasına göstəriş verildi

İranın şimalında yerləşən Gümüşan və Siminşəhr şəhərlərinin boşaldılmasına, əhalinin isə 4 sığınacağa yerləşdirilməsinə göstəriş verilib.

 

Versus.Az İLNA-ya istinadən xəbər verir ki, bunu İranın Gülüstan vilayətinin rəhbəri vəzifəsini icra edən Mirməhəmməd Qəravi deyib.

M.Qəravinin sözlərinə görə, qərar gözlənilən təbii fəlakətlərin nəticələrinin qarşısını almaq üçün verilib.

 

Qeyd edək ki, İranın bir çox vilayəti son həftə ərzində güclü yağıntılarla üzləşib.

 

Hazırda Gülüstan vilayətinin su altında qalan Ağqala şəhərindən suları boşaltmaq istiqamətində işlər davam etdirilir.

İranın Gümüşan vilayətinin eyniadlı şəhərinin 19 191 nəfər, Siminşəhr şəhərinin isə 17 205 nəfər əhalisi var.

 

Xatırladaq ki, ötən gün Fars vilayətinin Şiraz şəhərində baş vermiş daşqın nəticəsində 18 nəfər həlak olub, 94 nəfər yaralanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı