“Erməni əsgəri öz zabitinə etibar etmir, ona inanmır” — Deputat Elman Nəsirov

13:57 26-03-2019 | icon 379 | Siyasət
“Erməni əsgəri öz zabitinə etibar etmir, ona inanmır” — Deputat Elman Nəsirov

 

“Ermənistandakı ağır sosial-iqtisadi durum artıq silahlı qüvvələrə də sirayət etməkdədir”.


Versus.Az "xalqinfo"ya istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.


E. Nəsirov bildirib ki, aprel döyüşlərindən sonra bəlkə də ilk dəfədir ki, Ermənistan ordusunda çox ciddi böhranın yaşandığı haqqında məlumatlar yayılır:


“Xüsusilə də Ermənistanda geniş rezonans doğuran hadisə erməni əsgərlərin öz zabitlərinə qarşı qiyam qaldırması ilə bağlıdır. Ermənistanda əsgərlərin öz zabitlərinə etiraz olaraq hərbi hissəni tərk etməsi yerli kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ən çox müzakirə olunan hadisəyə çevrilib və iş o yerə gəlib çatıb ki, Sarkisyan rejimi zamanı olduğu kimi Ermənistanda yenidən əsgər analarının etirazları başlayıb”.


Deputatın sözlərinə görə, diqqətdən yayınmayan digər məqam isə odur ki, qiyama cəhd edən və hərbi hissəni tərk edən əsgərlərin tutulması və onların cəzalandırılaraq Dağlıq Qarabağa cəbhə xəttinə göndərilməsi faktını məhz Ermənistan mətbuatı yayır:


“Fikir verirsinizsə, qiyam qaldıran əsgərlərin cəza yeri məhz Dağlıq Qarabağdır. Bununla da növbəti dəfə Ermənistanın Dağlıq Qarabağ münaqişəsində iştirakı və Ermənistan hərbi qulluqçularının birbaşa Dağlıq Qarabağda hərbi xidmət keçməsi ilə bağlı faktlar Ermənistan mətbuatı tərəfindən dilə gətirilir”.


E. Nəsirov hesab edir ki, bu hadisə çox mətləblərdən xəbər verir:


“İlk növbədə onu göstərir ki, təkcə erməni əhalisi ac-yalavac deyil, eyni zamanda, Ermənistan silahlı qüvvələrində özbaşınalıq baş alıb gedir və əsgər və zabitlər arasında çox böyük uçurum var, bu gün erməni əsgəri öz zabitinə etibar etmir, ona inanmır. Belə bir əsgərdə hansı döyüş ruhu ola bilər? Bu, Ermənistan rəhbərliyi üçün çox ciddi siqnaldır: əgər vəziyyət belə davam edərsə və Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli bağlı tezliklə konstruktiv mövqe ortaya qoymazsa, istisna deyil ki, çox uzaq olmayan bir perspektivdə, ümumiyyətlə, Ermənistanın ali baş komandanı silahlı qüvvələrsiz qala bilər və yaxud silahlı qüvvələrin olması belə nominal xarakter daşıyar”.


Millət vəkili vurğulayıb ki, heç bir döyüş ruhunun olmadığı, əsgərin zabitə heç bir etimad və etibarının olmadığı ordu əslində ordu sayılmaz.


Qeyd edək ki, Yerevanda bir qrup əsgər anası etiraz aksiyası keçirib. Ermənistanın Mehri şəhərində hərbi xidmətdə olan əsgərlərdən birinin anası oğlundan bir neçə gün xəbər ala bilmədiyini deyib. Daha sonra onun Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə göndərildiyi məlum olub.


Ermənistan KİV-ləri yazır ki, Mehridə 20-yə yaxın əsgər zabitlərdən birinə etiraz olaraq hərbi hissəni tərk edib. Həmin əsgərlərin bir hissəsini cəzalandıraraq Dağlıq Qarabağa cəbhə xəttinə göndəriblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür