İsa Həbibbəyli: Təhsillə bağlı yeni qanun layihəsinin hazırlıqlarına başlanılıb

14:20 26-03-2019 | icon 376 | Təhsil
İsa Həbibbəyli: Təhsillə bağlı yeni qanun layihəsinin hazırlıqlarına başlanılıb

 

Təhsillə bağlı yeni qanun layihəsinin hazırlıqlarına başlanılıb

 

Versus.Az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

“Elm və təhsil komitəsi olaraq növbəti layihə kimi “Ali təhsil haqqında” qanun layihəsini hazırlayacağıq.

Qeyd edim ki, ümumi orta təhsillə bağlı qanun layihəsi ikinci oxunuşdan keçib və martın 29-da keçirilən növbəti plenar iclasda artıq sənəd sonuncu - üçüncü oxunuşda müzakirələrə çıxarılıb qəbul olunacaq. Biz həmin qanun layihəsinin nəticələnməsini gözləyirdik.

Lakin bununla belə, biz indidən yeni qanun layihəsinin hazırlıqlarına başlamışıq”, - deyən İ.Həbibbəylinin sözlərinə görə, adıçəkilən komitənin üzvləri və əməkdaşları ali təhsil sahəsində dünya təcrübəsini öyrənir, lazımi sənədləri əldə edir, ölkə reallıqlarına aid müşahidələr aparır, pedaqoji ədəbiyyatı mütaliədən keçirir. 

“Hesab edirəm ki, yaz aylarında - aprel və ya mayda “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı İşçi qrupunu yaradıb, daha konkret işə başlayacağıq. Həmin qanun layihəsini Milli Məclisin payız sessiyasında gündəliyə daxil etməyi daha məqsədəuyğun hesab edirik.

Bununla da 2009-cu ildə qəbul olunan “Təhsil haqqında” qanunda öz əksini tapmış təhsilin bütün pillələri ilə bağlı qanun layihələrini ölkə ictimaiyyətinə, elm və təhsil işçilərinə təqdim etmiş olacağıq”, - deyə komitə sədri əlavə edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin