Şagirdlərin gözünü zəiflədən təhlükə
Son vaxtlar işığa qənaət etmək məqsədilə “qənaətli” ağ işıq lampalarından istifadə halları artıb. Bu lampalara kütləvi şəkildə keçid şagirdlərin gözünə də mənfi təsir edir.
Məktəbyaşlı uşaqların gözlərində yaranan quru göz sindromu, uzaq görmənin pozulması, görmə zəfliyi kimi problemlərin səbəbləri barədə xeyli fikirlər səslənir.
Versus.Az xəbər verir ki, bu barədə medicina.az-a danışan oftalmoloq həkim Sevinc Babayeva məktəblərdə və evdə işıqlandırma qaydalarının pozulmasının fəsadlarından danışdı.
“Görmə zəiflikləri içərisində qazanılmış uzaqgörmə zəifliyi xüsusən məktəbyaşlı uşaqlarda və gənclərdə çox aşkarlanır. Əsasən yorğunluqdan, dərs yükündən, yaxına baxmaqdan, telefona, kompüterə çox baxmaqdan, işdən, dərsdən sonra yarıqaranlıq evdə, otaqda uzanılı vəziyyətdə qalmaqdan, yatanda da telefona baxmaqdan yaranır.
Onsuz da dərs yükü ağır olan uşaqlar məktəbdə saatlarla sinifdə oturaq, beli, boynu əyilmiş vəziyyətdə qalır, tənəffüsdə həyətə çıxmırlar, evdə də eyni şərait.
Hazırda bağçalarda, məktəblərdə, evlərdə “led lampalar”-dan, qənaətli elektrik lampalarından istifadə olunur. O da ətrafa ağ işıq yayır. Bu işıqlar isə göz dibini qıcıqlandırır.
Eləcə də plastik qapı-pəncərə sinifdə havasızlıq yaradır. 30-40 uşağın olduğu otaqda nə havalandırma, nə işıq texniki baxımdan düzgün olmadığından məktəbə gedən uşaqların demək olar, yarıdan çoxunda 2 aydan sonra gözdə zəiflik problemləri başlayır.
Göz beynin bir hissəsidir. Beyin yorulur, hava almır, gözə işıq bucağı düzgün düşmürsə, artıq görmə zəifləyir”.
Bəs valideynlər bu problemlərin qarşısını necə almalıdır? Məktəbdə lapmaları dəyişmək mümkün deyil, evdə nələr edə bilərlər?
“Valideynlər heç olmasa uşağın yatdığı, dərs hazırladığı otaqda qənaətli “ağ” işıq lampaları yox, adi, sarı işıq yayan, düzgün bucaqda işıq yönləndirən stolustu lampadan istifadə etsinlər, plastik pəncərə qoymasınlar, otağın havalandırılmasına fikir versinlər.
Uşaq gün ərzində açıq havada müəyyən müddət gəzsin, oynasın. Maksimum uzağa baxma məşqləri etdirsinlər. Dar sinif və otaqlar uşağın normal göz inkişafına birbaşa zərbədir. İndi uşaqlar hara gedirlər internet axtarırlar. Uşaqlar başını qaldırıb heç ətrafa belə baxmır.
Yatan zaman uşağın telefona baxmamasına çalışsınlar. Masa arxasında düzgün əyləşməsini təlqin etsinlər. Onurğanın, boynun vəziyyətinə baxsınlar”.
Həkim hazırda sağlam gözü və 100% görməsi olan məktəbliyə nadir halda rast gəldiyini bildirir. Bu isə genofondumuz və gələcəyimiz üçün çox təhükəli məqamdır.
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...