Hollandiyanın təhsil almaq üçün  tələbələrə verdiyi şərtlər

14:51 26-03-2019 | icon 461 | Təhsil
Hollandiyanın təhsil almaq üçün  tələbələrə verdiyi şərtlər

 

Hollandiya yaşamaq, gəzmək və təhsil almaq üçün ən gözəl ölkələrdən biridir. Çoxlarını bu ölkənin üstünlükləri, tələbələrə verdiyi şərtlər maraqlandırır.

Versus.Az azedu.az-a istinadla Hollandiya Universitetləri barədə məlumatları təqdim edir:

Öncə qeyd edək ki, Hollandiyada təhsil müəssisələrinin 70 %-I özəl, 30 %-I dövlətə məxsusdur. Buna baxmayaraq, dövlət bütün təhsil müəssisələrinin tədris proqramına nəzarəti edir. Bura ingilis dilində təhsil təklif edən ilk qeyri-ingilisdilli ölkədir. Bu ölkənin universitetləri ingilis dilində təxminən 1150 tədris proqramı təklif edir. Bunlar arasında bakalavr və magistr proqramlarından tutmuş, qısamüddətli kurs və ixtisasartırma proqramlarına qədər rast gəlmək olar.

Kiçik ölkə olmasına baxmayaraq, Hollandiyanın kimya, fizika, tibb, iqtisadiyyat və sülh sahələri üzrə 18 Nobel mükafatçısı var. Onlardan 1-i Nobel sülh mükafatı, 9-u fizika, 3-ü kimya, 3-ü tibb, 2-si isə iqtisadiyyat sahələri üzrədir.

İndi isə ən məşhur universitetləri barədə:

1632-ci ildə yaradılan University of Amsterdam Hollandiyanın 3-cü ən qədim universitetidir. Bu universitet Avropanın ən böyük universitetlərindən biri olmaqla 31 mindən çox tələbəyə və 5 minə yaxın işçi, 1300 doktoranta sahibdir. Tələbə sayına görə birinci yeri tutan universitet qrant həcminə görə ikinci yerdədir. Əsas korpusu Amsterdam şəhərinin mərkəzində yerləşir.

University of Amsterdam universitetlərarası beynəlxalq QS reytinq cədvəlində dünyanın 50-ci ən yaxşı universiteti olub. Avropada 15-ci, Hollandiyada isə lider universitetidir. Bu ali təhsil müəssisəsi Sosial Elmlər, Humanitar Elmlər, Tibb və Təbiət Elmləri üzrə dünyanın 75 ən yaxşı universiteti arasındadır. 

Fontys University of Applied Sciences - Hollandiyanın cənubunda özündə 7 kampusu birləşdirən bu ali təhsil müəssisəsi ölkənin ən böyük tətbiqi universitetidir. Eindhoven, Venlo və Tilburg şəhərlərində kampusu var. İqtisadiyyat, texnologiya, səhiyyə, müəllimlik və incəsənət sahələri üzrə 200-ə yaxın bakalavr və magistr proqramları mövcuddur. Bunların təxminən 20-si ingiliscə tədris olunur. Universitetdə 44 mindən çox tələbə təhsil alır. Buranı digər Holland universitetlərindən fərqləndirən cəhət isə dördillik olmasıdır. Bu , orta məktəbi Azərbaycanda bitirən abituriyentlərin qəbul şansını artırır.

Fontys University of Applied Sciences sənaye, biznes və dövlət müəssisələri ilə sıx əməkdaşlıq edir. Siniflər qısa qruplardan və qeyri-rəsmi mühitdə təşkil olunub.

Fontysin dünyada 100-ə yaxın əməkdaş universiteti var. III kursdan Avstraliya, Kanada, ABŞ və ya Avropadakı partnyor universitetlərdə bir semesterlik mübadilə proqramına qoşula bilərsiniz.

İnholland University of Applied Sciences Niderland Krallığının ən böyük təhsil müəssisəsilərindən biridir. Burada dünyanın 110 ölkəsindən 29 000-dən çox tələbə təhsil alır. Amsterdam, Delft, Harleem və Hague da daxil olmaqla, 10 şəhərdə kampusu var.

Hollandiyada akkreditə olunmuş və beynəlxalq səviyyədə tanınan 4 illik bakalavr təhsili təklif edən dövlət universitetidir. Bakalavr pilləsi üzrə tamamilə ingiliscə tədris olan 6 ixtisas təklif edir. Təhsilini uğurla başa vuran tələbələrə 1 il ərzində iş tapmaqda kömək edir.

Erasmus University Rotterdam Hollandiyanın Rotterdam şəhərində yerləşən və fəaliyyətinə 1913-cü ildə başlayan dövlət universitetidir. Universitet Desiderius Erasmus Roterodamus adlı teoloqun adına bu cür adlandırılmışdır. Hazırda 30 minə yaxın tələbəsi var. 7 fakültəsi olsa da, daha çox 4 ixtisasa fokuşlanıb: səhiyyə, iqtisadiyyat, idarəetmə və mədəniyyət. İqtisadiyyat sahəsində xüsusilə güclüdür. Universitetdə İqtisadiyyat üzrə Nobel mükafatını qazanmış Jan Tinbergen dərs deyib. Bundan başqa Sinqapurun uzun müddət iqtisadi məsləhətçisi, Shell, Delhaize Group, DSM kimi böyük Holland şirkətlərinin cari CEO-ları, bir çox ölkənin iqtisadi və maliyyə üzrə müşavirləri bu universitetin məzunudurlar.

Kifayət qədər reytinqli universitetdir. Hazırda Times World reytinqinə əsasən dünyanın 72-ci ən yaxşı təhsil müəssisəsi hesab olunur.  Hamının maraqla izlədiyi QS rankinginə əsasən dünyada 144-cü yerdə qərarlaşıb. Menecement sahəsində isə Financial Times jurnalına və Global MBA reytinqinə əsasən Avropanın 10 ən güclülürəri sırasındadır.

1987-ci ildə yaradılmış Wittenborg Universiteti, Hollandiyada özəl ali təhsil müəssisələri arasında ən çox maliyyələşdirilmiş universitetlərdəndir. Amsterdam və Apeldoorn şəhərində böyül korpusu fəaliyyət göstərir. Hər il 70-dən çox ölkədən tələbələr burada təhsil almaq üçün gəlirlər. Burada ingilis dilində 10 fərqli ixtisas üzrə bakalavr  və 12 fərqli ixtisas üzrə magistr programları təklif  olunur. Burada Turizm  üzrə oxumaq istəyən tələbələrə isə eyni anda iki universitetdən diplom almaq şansı verir.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür