Paşinyanın generallarla qapalı görüşünün detalları üzə çıxdı

15:40 26-03-2019 | icon 461 | Qarabağ
Paşinyanın generallarla qapalı görüşünün detalları üzə çıxdı

 

Ermənistanın baş naziri Nikol Paşinyan dünən axşam saatlarında Müdafiə Nazirliyində qapalı iclas keçirib.

Versus.Az publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediası qapalı iclasın müəyyən detallarını açıqlayıb.

İddialara görə, Paşinyan orduya müharibəyə hazırlıq tapşırığı verib. Belə ki, danışıqlar masasından qaçmağa hazırlaşan erməni baş nazir belə addımın müharibəyə səbəb olacağını anlayır. Buna görə də indidən ordunu gələcək müharibəyə hazırlaşdırır.

"Past" qəzetinin məlumatına görə, qapalı iclasda Paşinyan generallarla müharibə ssenarilərini müzakirə edib. Konkret hansı ssenarilər üzərində iş aparıldığı məlum olmasa da, Paşinyanın müdafiə naziri David Tonoyana ordudakı neqativ halların aradan qaldırılması tapşırığını verdiyi deyilir.

Görünür, Ermənistan danışıqları yenidən tormozlamağa çalışacaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin