"2019-cu il Azərbaycanın həyatına sosial islahatlar ili kimi daxil oldu"

16:22 26-03-2019 | icon 356 | Siyasət
"2019-cu il Azərbaycanın həyatına sosial islahatlar ili kimi daxil oldu"

 

2019-cu il Azərbaycanın həyatına sosial islahatlar ili kimi daxil oldu.

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədovun fikrincə, Prezident İlham Əliyevin Azərbaycanda minimum əməkhaqqının, pensiyaların, müxtəlif təqaüdlərin, müavinətlərin artırılması, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı və fərman və sərəncamları bir daha göstərdi ki, əhalinin sosial müdafiəsini və və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətidir.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev tərəfindən ardıcıl imzalanan fərman və sərəncamlar sosial həyatın bütün sahələrini əhatə edir: "Əhalinin bütün təbəqələri dövlət başçısı tərəfindən verilən fərman və sərəncamlardan faydalanır. Təkcə minimum əməkhaqqının artırılması 600 mindən çox insanın sosial vəziyyətinin yaxşılaşdırılmasına təsir etdi. Eyni zamanda, problemli kreditlərin həlli ilə bağlı sərəncam 800 mindən çox insanı əhatə edəcək. Məcburi köçkünlərə verilən müavinətlərin artırılması da xeyli sayda insanın sosial vəziyyətinin yaxşılaşmasına səbəb olacaq".

Onun sözlərinə görə, Azərbaycanda bütün məsələlər - problemin ciddiliyi, onun həllinin büdcəyə, əhalinin rifah halının yüksəlməsinə təsiri, həlli üçün maliyyə imkanları, səmərəli tətbiq mexanizminin işlənib hazırlanması, icrası və icraya nəzarət və s. - hərtərəfli araşdırıldıqdan sonra müvafiq qərar qəbul olunur:

"Birmənalı demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır. Azərbaycan bu addımları ilə əhalinin sosial məsələlərinin həllində bütün dünyaya öz liderliyini nümayiş etdirir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür