Alim Qasımovun fotoları YUNESKO-nun igamətgahında asılacaq

17:42 26-03-2019 | icon 415 | Mədəniyyət
Alim Qasımovun fotoları YUNESKO-nun igamətgahında asılacaq

 

Azərbaycanı dünyada tanıdan xanəndə Alim Qasımovun məşhur fotoqraf tərəfindən çəkilmiş iriölçülü fotoları Fransanın dövlət, təhsil və mədəniyyət ocaqlarında asılacaq.

 

Versus.Az "report"a istinadən xəbər verir ki, fotolar Parisdə Fransada Azərbaycanın Dostları Assosiasiyasının və Fransanın Yaxın Şərq və Avropa üzrə Müasir İncəsənət İnstitutunun (SAPEM) təşkilatçılığı, Azərbaycan Respublikasının Fransadakı səfirliyi və Paris Azərbaycan Evinin dəstəyi ilə ərsəyə gəlmiş "Yeddi gözəl" musiqi layihəsi çərçivəsində hazırlanıb.

Azərbaycanlı musiqiçinin fotoları Fransanın müxtəlif təşkilatlarında, habelə Parisdə yerləşən Fransua Mitteran adına Dövlət Kitabxanasında, Konyak şəhərinin meriyasında, Fransa radiosunda, YUNESKO-nun igamətgahında və digər binalarda asılacaq.

Fransada start verilmiş "Yeddi gözəl" musiqi layihəsinə 7 videoklip, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin sözlərinə yazılmış, A.Qasımovun ifasında "Qara Torpaq" adlanan muğam musiqisindən ibarət disk, A.Qasımovun 12 fotosu, xanəndə haqqında kitab və mədəni tədbirlər daxildir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı