“Qarabağ”dan yenicə ayrılmış futbolçu ABŞ klubu ilə müqavilə bağladı

18:27 26-03-2019 | icon 378 | İdman
“Qarabağ”dan yenicə ayrılmış futbolçu ABŞ klubu ilə müqavilə bağladı

 

Bir neçə gün öncə "Qarabağ"dan ayrılan Ansi Aqollinin "New York Cosmos"a keçidi rəsmiləşib.

Versus.Az  goal-a istinadən xəbər verir ki, bu barədə ABŞ klubunun rəsmi saytı məlumat yayıb. Albaniyalı futbolçu ilə müqavilə imzalandığ bildirilsə də, müddəti açıqlanmayıb.

Nyu-York təmsilçisinə keçidi ilə bağlı təəssüratlarını bölüşən 36 yaşlı müdafiəçi bunları söyləyib: "Burada özümü çox rahat hiss edirəm. Paltardəyişmə otağında bir ailə kimiyik. Çox həyəcanlıyam, səbirsizliklə oyunları və nəticə qazanmağımızı gözləyirəm. Albaniyada amerikan futbolu deyəndə ağla ilk olaraq Cosmos gəlir. Bu klubun ənənələrini bilirəm. Komandaya kömək etmək və həmin ənənələri qorumaq üçün mümkün olan hər şeyi edəcəyəm".

Aqollinin transferi ilə bağlı danışan klubun vitse-prezidenti Co Barone onun təcrübəsinin komandaya xeyir verə biləcəyini bildirib: "İnanılmaz dərəcədə şadıq ki, Ansi bu mövsüm bizimlə olacaq. Onun təcrübəsi hər şeydən xəbər verir. Hiss edirik ki, Aqolli təkcə bacarığı ilə deyil, həm də təcrübəsi ilə gənc futbolçulara yaxşı nümunə olacaq".

Cosmos klubunun baş məşqçisi Karlos Mendes isə Ansinin qazandığı uğurlara baxmayaraq, hələ də işinə peşəkar yanaşdığını söyləyib: "Burada keçirdiyi bir neçə məşqdən sonra onun səviyyəsi açıq-aşkar göründü. Bu mövsüm Aqollini izləmək azarkeşlərimizin xoşuna gələcək. Qazandığı nailiyyətlərə baxmayaraq, Ansi ciddi oyunçudur. Hər gün məşqlərdə çox çalışır".

Qeyd edək ki, Aqolli 2010-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı