Sədr İƏT-də Ermənistanın ölkəmizə qarşı terror kampaniyasından danışdı

11:58 27-03-2019 | icon 374 | Siyasət
Sədr İƏT-də Ermənistanın ölkəmizə qarşı terror kampaniyasından danışdı

 

Azərbaycan terrordan əziyyət çəkən bir ölkə kimi dünyada baş verən terrorizmi beynəlxalq sülh üçün ən ciddi təhlükələrdən, müasir bəşəriyyətin üzləşdiyi ən amansız bəlalardan biri hesab edir. Eyni zamanda, biz bu ümumbəşəri bəlanı doğuran səbəblər və onun yayılmasına şərait yaradan şərtlərlə də ciddi mübarizə aparmalıyıq.

Versus.Az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında çıxışı zamanı bildirib.

M.Qurbanlı deyib ki, həll olunmamış silahlı münaqişələr, işğalçı siyasət, qeyri-humanist və nifrət təbliğatının yayılması, irqçilik, islamofobiya və ksenofobiyanın digər formaları xüsusi narahatçılığımıza səbəb olmalıdır:

"Dünyanın bir çox yerlərində davam edən silahlı münaqişələr, baş verən terror hücumları, eləcə də dünyanın müxtəlif yerlərində islamofobiya, dözümsüzlük, irqçilik və ksenofobiya kimi yüksələn trendlər beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş hazırkı beynəlxalq mexanizmlərin yetərsizliyini nümayiş etdirir. Buna görə də, coğrafiyamızdakı münaqişələrin həllinə, terrorizmə qarşı mübarizədə qəti mövqeyə, bütün üzv dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunmasına yönələn birgə səylərimiz çox vacibdir".

Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxladığını xatırladan komitə sədri bildirib ki, təkcə 1989-1994-cü illər ərzində münaqişə dövründə Ermənistanın ölkəmizə qarşı təşkil etdiyi və bilavasitə mülki əhaliyə qarşı yönəlmiş terror kampaniyası nəticəsində minlərlə insan həlak olub və yaralanıb: “Heç şübhəsiz ki, bu terror kampaniyasının kuliminasiyası, 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırımı cinayətidir. Bir gecədə erməni silahlı birləşmələri tərəfindən həyata keçirilmiş qırğın nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər mülki əhali qətlə yetirilib, 1,275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə naməlum qalmaqdadır".

Qeyd edək ki, toplantıda 42 ölkənin dövlət və hökumət nümayəndələri iştirak ediblər. Toplantı qapalı iclaslarla işini davam etdirib. Sonda İstanbul Bəyannaməsi qəbul olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

İran XİN Brüssel görüşünə münasibət bildirib

Ceki Çanın kəskin qocalmasının SƏBƏBİ

“Ludus”un təsisçisi Bakıda

“Qızıl top” üçün mübarizə aparan oyunçuların yenilənmiş reytinqi

Vatikandan cinsiyyətin dəyişdirilməsinə REAKSİYA

Bu ilin ilk Günəş tutulması başa çatıb

“TikTok” “Instagram”a rəqib platforma yaradır