Seysmoloji avadanlıqların sərgisində

12:28 27-03-2019 | icon 357 | Cəmiyyət
Seysmoloji avadanlıqların sərgisində

 

Bu gün AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən son 100 ildə Azərbaycan ərazisində seysmoloji tədqiqatların aparılmasında istifadə edilən cihaz və avadanlıqların sərgisi keçirilib.

Versus.Az-ın məlumatına görə, mərkəzin direktoru Qurban Yetirmişli deyib ki, sərgidə əvvəlki dövrlərdə istifadə edilmiş köhnə, eyni zamanda hazırda istifadə edilən müasir avadanlıqlar, ümumilikdə 100-ə yaxın müxtəlif istiqamətli seysmoloji avadanlıq nümayiş olunur. Köhnə avadanlıqların əksəriyyəti SSRI məkanında, müasir avadanlıqlar isə ABŞ-da istehsal edilib.

 

Q.Yetirmişlinin sözlərinə görə, əvvəllər baş vermiş zəlzələlərin parametrlərini təyin etmək üçün bir saat vaxt lazım olurdsa, hazırda ən müasir avadanlıqlardan istifadə edilir. Azərbaycanda həm mərkəzdə, həm də bölgələrdə yerləşdirilmiş avadanlıqlar baş vermiş yeraltı təkanların parametrlərini maksimum 5 dəqiqə ərzində müəyyən edir.

Qeyd edək ku, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, hər il martın 27-si Azərbaycanda "Elm günü" kimi qeyd ediləcək. "Elm Günü" ilə əlaqədar keçirilən sərgi bu gün saat 5-dək davam edəcək. Sərgiyə giriş sərbəstdir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür