Misir Mərdanov Əli İnsanovdan danışdı: “...başqa ağsaqqal axtarmağın mənası yoxdur”

16:08 27-03-2019 | icon 544 | Siyasət
Misir Mərdanov Əli İnsanovdan danışdı: “...başqa ağsaqqal axtarmağın mənası yoxdur”

Sabiq təhsil naziri: “Şəxsən mən bu yaşda yenidən siyasətlə məşğul olmazdım”

Versus.Az xəbər verir ki, keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov avtomobil qəzasına düşüb. Bu barədə ONA-ya danışan Misir Mərdanovun bildirib ki, bir neçə gün əvvəl avtomobil qəzasına düşüb: “Qəza nəticəsində bir az bədən xəsarətləri almışam. Hazırda isə müalicə olunuram”.

M.Mərdanov qəzanın təfərrüatları barədə əlavə məlumat vermək istəməyib. Hələ nazir işlədiyi dövrdə mətbuata açıq olan Misir müəllimlə danışıb həm qəza ilə bağlı “keçmiş olsun” demək, həm də gündəmin ən aktual mövzularından biri ilə bağlı suallarımıza cavab almaq istədik.

- Misir müəllim, çox keçmiş olsun. Mətbuatdan oxuduq ki, qəzaya düşmüşünüz. Hazırda sağlıq durumunuz necədir?

- Çox sağ olun. Hazırda durumum yaxşıdır, heç bir narahatlıq yoxdur.

- Deməli, artıq iş başındasınız?

- Bəli.

- Ağır qəza keçirmişdiniz, yoxsa yüngül?

- Yox, yüngül qəza idi.

- Misir müəllim, sabiq səhiyyə naziri Əli İnsanov əfv olunandan sonra onun bir sıra keçmiş komanda yoldaşlarından reaksiya gəlib. Sizin münasibətiniz çox maraqlıdır...

- Yox. Mən bu barədə danışmaq istəmirəm.

- Hətta Əli Nağıyev də sabiq səhiyyə naziri barədə danışıb, hansı ki, vaxtilə Əli İnsanovla münasibətlərində problemlər var idi...

- Hamısını izləyirəm, oxuyuram. Amma mənim onların heç biri ilə işim yoxdur. Allah işlərini xeyir eləsin.

- Əli İnsanovu “Qərbi azərbaycanlıların ağsaqqalı” kimi təqdim edirlər. Buna reaksiyanız necədir?

- Olsun. Özü bilər. Belə hesab edənlər eləsinlər.

- Bəs, siz necə hesab edirsiniz, Qərbi azərbaycanlıların ağsaqqalı kimdir?

- Vallah, vaxtilə Heydər Əliyev olub. İndiki prezidentimizin də həm ana babası, həm də ata babası ordandır. Vəssalam! Xalqın da böyük əksəriyyəti onlara səs verib. Ona görə də hesab edirəm ki, başqa ağsaqqal axtarmağın mənası yoxdur.

- Düşündüm, deyəcəksiniz, heç mənim də yaşım az deyil...

- Yox. Mən heç zaman elə söz demərəm.

- Mövcud situasiyada regional amili qabardanlara sözünüz nədir?

- O bizim ümumi işimizin ziyanınadır. Azərbaycanın ziyanınadır. Azərbaycanı bölgələrə bölmək olmaz. Bir Azərbaycan var, qurtardı getdi!

- Siz də uzun müddət təhsil naziri vəzifəsində çalışmışınız. Nazirliyə işə qəbul məsələsində regional amilə yer ayırırdınızmı?

- Qəti şəkildə! Heç bir zaman! Kim istəyirsə, siyahıya baxa bilər, görər ki, kim var, kim yox. Heç bir zaman elə bir hal olmayıb. Bu gün də mənim iş təcrübəmdə elə bir şey yoxdur, olmayıb da.

- Misir müəllim, hər halda sizin də təcrübəniz və yaşınız az deyil, görüşmək imkanı yaransa, həm keçmiş həmkar, həm həmyerli olaraq Əli İnsanova nə məsləhət verərdiniz?

- Şəxsən mən bu yaşda yenidən siyasətə qayıdıb, siyasətlə məşğul olmazdım. Mən olsam... Allah eləməsin. Amma məşğul olmazdım. İşimlə məşğul olardım. Aliməm, alimliklə, həkiməm, həkimliklə... Nəyə lazımdır? İndi mənim 73 yaşım var. Təzədən gedib yenidən kiməsə qoşulmaq... Mənə elə gəlir ki, bu, yanlışlıq olardı. Nə olubsa, olub, qurtarıb daha.

  • Belə çıxır ki, Əli İnsanov həbsdən çıxandan sonra “keçmiş olsun” deməmisiniz?
  • - Yox, mənim onunla heç bir əlaqəm olmayıb. /Müsavat.com/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı