Heydər Əliyev Beynəlxalq Aeroportu postsovet məkanının ən yaxşı aeroportu seçilib

11:42 28-03-2019 | icon 465 | Gündəm
Heydər Əliyev Beynəlxalq Aeroportu postsovet məkanının ən yaxşı aeroportu seçilib

28 mart 2019-cu il, London – Heydər Əliyev Beynəlxalq Aeroportu post-Sovet məkanının bütün hava limanları arasında ən yaxşı aeroport olaraq ən nüfuzlu qiymətləndirmə olan "Skytrax World Airport Awards" mükafatına layiq görülüb.

Versus.Az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib. 

Azərbaycan paytaxtının hava limanı artıq üçüncü ildir ki, bu nominasiyada liderliyini qoruyur.

Bundan başqa, Heydər Əliyev Beynəlxalq Aeroportu hər il beş milyona kimi sərnişinə xidmət göstərən dünya aeroportları siyahısında 3-cü yeri tutub. Siyahıya "London Siti" aeroportu (London City Airport, LCY) başçılıq edib.

Daha bir nüfuzlu nominasiyanı Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) almışdır. Belə ki, o, dünyanın ən yaxşı terminallarının onluğuna daxil olub.

"Skytrax" tərəfindən keçirilən və 550-dən çox hava limanı arasında sərnişinlərə xidmət və şəraiti qiymətləndirən hava limanlarının qlobal inspeksiyası dünya hava limanı sənayesi üçün keyfiyyət etalonu sayılır. İnspeksiya və mükafat hava limanının nəzarəti və müdaxiləsindən asılı deyil və buna görə də, hava limanının mükəmməllik və keyfiyyəti üzrə obyektiv göstəricidir. İnspeksiya dövründə "Skytrax" həmçinin 100-dən çox ölkədən 13 milyon sərnişin arasında sorğu keçirib. /müsavat.com/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF