"Xərçəng metastazının qarşısının alınmasında nano-biomexanikanın rolu"

12:13 28-03-2019 | icon 760 | Sağlamlıq
"Xərçəng metastazının qarşısının alınmasında nano-biomexanikanın rolu"

Yaponiyanın Saitama Universitetinin Beynəlxalq əlaqələr və tədqiqatlar üzrə vitse-prezidenti, fiziki kimya üzrə professor Sei Nakabayaşi, humanitar və sosial elmlər məktəbinin dosenti Makato Naqasama Bakı Dövlət Universitetində olublar.

 

Versus.Az xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev görüşün əhəmiyyətini qeyd edib və səfərin universitetlərarası əlaqələrin daha da genişlənməsinə təkan olacağını vurğulayıb.

 

Görüşdə müasir elmin tələblərinə uyğun olaraq yeni formatda atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb, mövcud əlaqələr, ikili diplom, tələbə-müəllim mübadiləsi, elm muzeyinin yaradılması kimi məsələlər müzakirə edilib.

 

Professor Sei Nakabayaşi qeyd edilən məsələlərin ikitərəfli əlaqələrin və gələcək əməkdaşlığın inkişafına təkan olacağını bildirib.

 

Görüş Fizika fakültəsinin onlayn konfrans zalında davam edib. Rektor Yaponiyanın fiziki kimya sahəsində nüfuzlu aliminin universitetə gəlişini yüksək qiymətləndirib və təqdim edəcəyi mühazirənin aktuallığını qeyd edib.

 

Professor Sei Nakabayaşi "Xərçəng metastazının qarşısının alınmasında nano-biomexanikanın rolu" mövzusunda mühazirə oxuyub. O, xəstə hüceyrənin membranının sağlam hüceyrəyə nisbətən möhkəmliyi və onun skanedici zond mikroskopu vasitəsi ilə tədqiqindən danışıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı