"Colan təpələri məsələsi" Dağlıq Qarabağda presedent ola bilərmi?

12:26 28-03-2019 | icon 740 | Geopolitika
"Colan təpələri məsələsi" Dağlıq Qarabağda presedent ola bilərmi?

 

ABŞ prezidenti Donald Tramp İsrailin Colan yüksəklikləri üzərindəki suverenliyini tanıyan sənədə imza atıb. Bəyannamə İsrailin baş naziri Binyamin Netanyahunun iştirakı ilə imzalanıb. Tramp deyib ki, əslində bu, bir neçə onilliklər əvvəl baş verməli idi. Onun sözlərinə görə, İsrail özünü təhlükədən qorumaq üçün 1967-ci ildən Colan yüksəkliklərinə nəzarəti əlində saxlayır. O qeyd edib ki, indi İsraili İrandan və Suriyadakı terror qruplaşmalarından, eləcə də “Hizbullah”dan qorumaq lazımdır.

Qeyd edək ki, 1944-cü ildən Suriyaya məxsus olan Colan təpələri 1967-ci ildə altıgünlük müharibə nəticəsində İsrail tərəfindən ələ keçirilib. 1981-ci ildə İsrail parlamenti “Colan təpələri haqqında Qanun” qəbul edib və birtərəfli şəkildə yəhudi dövlətinin bu ərazilər üzərində suverenliyini elan edib. Bu ilhaq aktı BMT Təhlükəsizlik Şurasının 17 dekabr 1981-ci il tarixli 497-ci qətnaməsi ilə etibarsız sayılıb.

Donald Trampın addımı faktiki olaraq BMT Təhlükəsizlik Şurasının qətnaməsinə qarşı atılmış addım sayılır. Eyni zamanda beynəlxalq hüququn ayaqlar altına atılması hesab edilir.

ABŞ prezidenti Donald Trampın İsrailin Colan təpələrində hakimiyyətini tanıması gələcəkdə Dağlıq Qarabağla bağlı da buna bənzər təhlükəli presedent yarada bilərmi? ABŞ prezidenti günün birində Dağlıq Qarabağla bağlı da heç bir beynəlxalq hüquqa uyğun gəlməyən addım atarmı?

 

Versus.Az "Yeni müsavat"a istinadla politoloq Nəzakət Məmmədovanın şərhini təqdim edib. Politoloq bildirib ki, ABŞ heç bir zaman Dağlıq Qarabağla bağlı belə bir addım atmaz. "Bundan əvvəl, Kosovo ilə bağlı oxşar presedent olmuşdu.  Kosovo da suveren Serbiyanın hamılıqla qəbul olunmuş sərhədləri daxilində idi. Amma ABŞ-ın Balkanlardakı maraqları Kosovo anklavı yaratmağı tələb etdi və Vaşinqton belə bir addım atdı. Lakin Dağlıq Qarabağ fərqli məsələdir. Serbiya əgər tarixi-sivilizasiya baxımından Rusiyanın Balkanlarda əsas dayağı, istinad məntəqəsi olduğu üçün parçalanmaya məruz qaldısa, ABŞ-ın Azərbaycanla belə bir problemi yoxdur. Zira, ABŞ Cənubi Qafqazda həm Ermənistan, həm Azərbaycanla münasibətlərini qoruyub-saxlamaq siyasətinə üstünlük verir. Bununla belə, ABŞ-ın 1967-ci ildə altıgünlük müharibədə işğal edilmiş Colan yüksəkliklərini İsrail ərazisi kimi tanıması beynəlxalq hüququn kobud pozulması, beynəlxalq münasibətlərdə təhlükəli presedentin nümunəsidir. ABŞ sıradan bir dövlət yox, fövqəldövlətdir. Onun etdiyi bir çox şeylər örnək kimi qəbul olunur. Belə çıxır ki, bundan sonra hər hansı dövlət başqasının ərazisini işğal edəcək və sonra dünyanı fakt qarşısında qoyacaq, başqaları da fürsət düşən kimi bunu təkrarlamağa çalışacaqlar və bu hal adiləşəcək, bəlkə də gələcəkdə yeni dünya düzənində beynəlxalq hüquq və siyasət normasına çevriləcək?!

Artıq hər zaman olduğu kimi, Ermənistan da bu cür özünə sərf edən nümunəyə dərhal reaksiya verib. Eyni zamanda İsraildə buna çağırış edən qüvvələr də var. Ermənistanın Dağlıq Qarabağ ətrafındakı işğal edib “təhlükəsizlik zonası” elan etdiyi rayonları Qarabağla birgə müstəqil subyekt kimi tanımaq fikirləri dolaşır. Təbii ki, bu, mümkün deyil. Azərbaycan Suriya deyil, Ermənistan isə İsrail deyil. ABŞ-ın xarici siyasətində vahid yanaşma yoxdur, hər bir dünya dövlətinin ABŞ-ın xarici siyasət prioritetində nə qədər yer tutmasından asılı olaraq ona fərqli münasibət ortaya qoyulur".

Politoloq onu da deyib ki, Suriya ABŞ-ın yeni dünya düzəni planlarına əsasən parçalanmaya, ərazi itkisinə məruz qalması nəzərdə tutulan dövlətlər sırasına daxildir. Bu, Yaxın Şərqdə İsrailin mənafeyi naminə edilir. Bu baxımdan Azərbaycanla Suriyanın fərqi var: “Habelə ABŞ-ın Cənubi Qafqazda Ermənistanı böyütmək kimi bir dövlət siyasətinin, xarici siyasət strategiyasının olduğunu düşünmürəm. Doğrudur, ABŞ Vilson dövründən Ermənistanın mənafeyi üçün çalışıb. Vilsonun 14 maddəsi, Sevr müqaviləsi Amerikanın Ermənistana münasibətinin təzahürüdür. Lakin bunun Dağlıq Qarabağ hesabına bugünkü Azərbaycana qarşı yönələcəyi inandırıcı deyil. Əksinə, güclü Azərbaycan İrandakı 40-50 milyonluq soydaşı ilə birlikdə İran üzərində Demokl qılıncıdır. Azərbaycanın zəifləməsi Rusiyanın Qafqazdakı forpostu Ermənistanı, deməli, Rusiyanı da Qafqazda gücləndirər. Ona görə Colan təpələri məsələsinin Qarabağa şamil olunmasını mümkün hesab etmirəm. Hətta Ermənistanla daha yaxın olan Rusiya belə bunu de-yure etmədi. Rusiya Abxaziya və Cənubi Osetiyanı müstəqil subyekt kimi tanıyıb, amma Qarabağı tanımayıb”.

N.Məmmədova hesab edir ki, Tramp bu qərarı növbəti prezident seçkilərində yəhudi diasporundan, habelə 50 milyonluq yevangelistlərdən dəstək almaq üçün edib. Bununla belə, erməni icmasının dəstəyinə ehtiyac olsa belə, o, “soyqırımı” belə tanımayıb. ABŞ-ın Yaxın Şərq siyasəti Cənubi Qafqaz siyasətindən xeyli fərqlidir. Hər münaqişənin özünəməxsus səciyyəvi cəhəti var: “Bununla belə, ümumi beynəlxalq hüquq və BMT nizamnamələri baxımdan işğal olunmuş bir ərazinin, suveren bir dövlətin bir parçasının başqa dövlət tərəfindən işğalının ABŞ kimi fövqəldövlətin adından rəsmiləşdirilməsi baş verib. Bu, çox təhlükəli haldır. Dağlıq Qarabağa gəlincə, burada da qətnamələr qəbul edilib, Colan məsələsindəki kimi icra edilməyib, 52 ildən sonra ərazi İsrail ərazisi kimi tanındı. Qarabağ münaqişəsi 31 ildir ki, həll olunmayıb. İndi oxşar vəziyyət davam edərsə, kim təminat verə bilər ki, 10 il sonra beynəlxalq siyasətdə nə baş verəcək, ABŞ-ın Cənubi Qafqazda prioritetləri necə dəyişəcək, Qarabağın statusuna münasibət necə olacaq. Biz bu günə və yaxın gələcəyə mümkün ssenari təklif edirik, lakin təəssüf ki, orta və uzaq gələcəkdə baş verəcəkləri proqnozlaşdırmaq çətindir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı