“Əfv sərəncamı Prezidentin islahatlar proqramının məntiqi davamıdır”

14:49 28-03-2019 | icon 574 | KİV
“Əfv sərəncamı Prezidentin islahatlar proqramının məntiqi davamıdır”

"Prezident İlham Əliyev Azərbaycanın modern dünyanın yeni çağırışlarına uyğunlaşdırılması üçün kompleks proqramlar həyata keçirir. Bu islahatlar imkan verəcək ki, Azərbaycan regionun lider dövləti statusunu qorumaqla yanaşı, yeni nailiyyətlər qazansın, dünyanın modern, inkişaf etmiş ölkələri sırasında öz yerini möhkəmləndirsin".

 

Versus.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam ilə bağlı “Xalq qəzeti”nə açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

O qeyd edib ki, həyata keçirilən islahatlar proqramı sosial, iqtisadi, siyasi, hüquqi, humanitar sahələri kompleks şəkildə əhatə etməklə paralel şəkildə aparılır. Proses elə yönləndirilir ki, onun təsiri hər bir evdə, ailədə hiss olunur, hər bir vətəndaş bu prosesin nəticəsini öz şəxsində görə bilir. Bu baxımdan məhbus həyatı yaşayan şəxslərin də nəzərdən qaçırılmaması təbii qarşılanmalıdır. Prezidentin humanitar aksiyaları onun fəaliyyəti dövründə həmişə olub, sistemli xarakter daşıyıb. İndiki əfv sərəncamı onun imzasıyla icra olunan sayca 33-cü əfv prosesidir.

 

M.Ələsgərli bildirib ki, sonuncu sərəncamı digərlərindən fərqləndirən məqam onun daha geniş kontingenti əhatə etməsi, azadlığa çıxanlar sırasında fərqli siyasi düşərgələrin təmsilçilərinin üstünlük təşkil etməsidir. Prezidentin fərqli fikir daşıyıcılarına qarşı humanist davranışları onun gücünün, qüdrətinin, xalq tərəfindən yetərli dəstək almasının bariz nümunəsi kimi şərh olunur. Təsadüfi deyil ki, sonuncu əfv sərəncamı həm ölkə içindəki müxalifət partiyaları, həm də beynəlxalq təşkilatlar tərəfindən də pozitiv bəyanatlarla qarşılanır. Hesab edirik ki, Prezidentin bu addımı ölkədə həmrəyliyin daha da artmasına, xalqın Prezident ətrafında daha sıx birləşməsinə təkan vermiş olacaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...