Müsavata AXCP zərbəsi: Kərimli Hacılıya "xəyanət" edib?

15:13 28-03-2019 | icon 454 | Siyasət
Müsavata AXCP zərbəsi: Kərimli Hacılıya "xəyanət" edib?

 

Elçin Alıoğlu yazır:

Azərbaycanda "demokratik qüvvələri birləşdirdiyini" iddia edən "Milli Şura" aprelin 6-nə mitinq təyin edib. Qərar Müsavat Partiyasını xeyli qeyzləndirib. Müsavatçılar "Milli Şura" rəhbərliyini, yəni AXCP sədri Əli Kərimlini və onun yandaşı, uğursuz alim və ikiqat uğursuz siyasətçi Cəmil Həsənlini "demokratik düşərgənin maraqlarına xəyanət"də suçlayırlar.

 

Sosial şəbəkələrdə, xüsusilə də Facebook-da müsavatçıların emosional paylaşmalarını, yazılarını oxumaq yetər ki, AXCP ilə Müsavat arasındakı qarşıdurmanın pik həddinə çatdığını anlayasan.

Səbəb çox bəsitdir.

 

Musavat Partiyası aprelin 6-da aksiya təyin etmişdi.

Daha dəqiq olsaq, Partiyanın Divanı aprelin 7-də kütləvi tədbir keçirilməsi ilə bağlı qərar qəbul eğmişdi.

Partiyadan bildirilmişdi ki, martın 19-da bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət təqdim olunub.

Müraciətdə aksiya ilə bağlı 3 marşrut göstərilib:

1. Metronun "Azadlıq" stansiyasından "Dərnəgül" stansiyasınadək S.S.Axundov küçəsi ilə yürüş və burada mitinq.

2. Metronun "20 Yanvar" stansiyasından "Məhsul" stadionunadək yürüş və burada mitinq.

3. Metronun "Gənclik" stansiyasının çıxışı - T.Bəhrəmov adına stadionun qarşısındakı meydanda mitinq.

 

.... Müsavat Partiyasının aksiya ilə bağlı müraciətini olduğu kimi təqdim etmək heç də Arif Hacılının əməyi sayəsində firqədən dərnək səviyyəsinə enmiş bu partiyanın fəaliyyət xronologiyasını tutmaq deyil.

Məsələ o ki, AXCP funksionerləri, xüsusilə də "Əli bəy!" qışqırtısını sosial şəbəkələrdə vizual şəkildə izhar edən fanatlar israrla buyururlar ki, bəs Müsavat, sadəcə, yürüş etmək istəyir, biz isə mitinq: "Yürüşlə mitinq fərqli işlərdi və kimsə kimsəyə xəyanət etməyib, qəsdimiz də olmayıb".

AXCP sədri Əli Kərimli də naz satır, nacizanə şəkildə buyurur ki, bəylər, dalaşmayın, iddialar əssasızdır, qərarı mən yox, Milli Şura verib.

 

Yəni həşəmətli Əli bəy qərarın təkbaşına yox, kollegial şəkildə qəbul olunduğunu, uzun sürən məşvərət və məsləhətdən sonra açıqlandığını vurğulamağa çalışır.

Vurğu isə həmişəki kimi, yanlışdır. Vurğulanan məqam kimi.

"Milli Şura"nın kəsif qoxu verən mətbəxinə bələd olanlar bilirlər ki, orada baş aşpaz kimdi, apar-gətir işlərinə baxan kim, masaların üstünü təmizləyən kim.

Həmin qurumun mənsubları da müsavatçıların "Bəy, cavab ver!" çağırışlarına sosial şəbəklərdə cavab vermirlər. Susurlar. Zatən, nə deyəsidilər ki?!

Yoxsa "Milli Şura rəhbərliyi"nin elə Əli Kərimli olması barədə Polişinel sirrini söyləyib özlərini bir daha rüsvay etməyə könüllü getməlidirlər?!

Etməzlər, çünki hərəsinin ayaqqabılarından kiçik yerişi, kölgələrindən böyük ambisiyaları var.

AXCP-nin aprelin 6-da mitinq keçirməsi isə istənilən yozumlara, bəraətlərə, izahlara, açıqlamalara və hətta ittihamlara rəğmən, Müsavat Partiyası aşağılamaq, bu partiyanın Divanının başqanı Arif Hacılını ələ salmaq cəhdidir. Bir qədər sadə desək, "Gedin, o yanda oynayın" ismarıcı.

Halbuki "Milli Şura"da hegemon rol oynayan Əli Kərimli hələ də "Sağlam, müstəqil cəmiyyətə müxalifət nə üçün gərəkdir?" sualına cavab vermək istəmir.

Sual hesab edildiyi kimi asan deyil. İlk baxışdan belə təəssürat yarana bilər ki, normal cəmiyyətə müxalifət - radikal və ya mülayim - əsla gərək deyil. Çünki hansı yandan baxsan, radikal müxalifətin zərəri onun virtual, nəzəri xeyrindən daha çoxdur.

Məsələn, bir anlıq düşünün ki, yüngül atlet bir neçə kilometrlik məsafəyə qaçır. Onun ayağından daş asmağa, idmançının sürətini bilərəkdən aşağı salmağa çalışmaq nə dərəcədə məntiqidir?! Axı həmin daşlar idmançının daha sürətli qaçmağına vəsilə olmayacaq.

 

İdmançı yarış yolunda yanılarsa, səhv döngədə dönərsə, müxalifət yükü ona əsla yardımçı olan deyil.

Və ya biznes, liberalizmin qədim və ənənəvi mənbəyi. Çox biznesmen tanıyırısınız ki, şirkətinə onu daim tənqid edən, əsla bəyənməyən adamı işə qəbul etsin və "Buyur, nə istəyirsən de!" söyləsin?!  Belə biznesmen çox nadir hallarda olur. Olanda da şirkətindəki "müxalifətçi"yə hansısa səbəblərdən dişlərini sıxaraq dözür. Nəyə və ya kimə görəsə.

Orduda da belədi. Cırtdan ölkələr istisna olmaqla, dövlətlərin ordularındakı hərbçilərin sayı ortabab ölkənin sakinlərinin sayına təndi. Fəqət, dünyanın heç bir ordusunda müxalifət yoxdu. Olsa belə, belə "asi fikirliər" dərhal hauptvaxta göndərilir, orada subordinasiyaya riayət etməyin vacibliyi barədə düşünürlər.

Daha liberal strukturlara, iri holdinqlərə, korporasiyalara baxaq. Məsələn, Walmart-da 2 milyondan artıq insan çalışır. Bu rəqəm dünyadakı bir sıra ölkələrin əhalisinin sayı qədərdi. Amma Walmart rəhbərliyi işçiləri arasında müxalifətçiləri sevmir.

Azərbaycan cəmiyyəti isə nə ordu, nə korporasiya, nə də biznes deyil. Biz sosiumda yaşayırıq və hər normal, demokratik sosium təki, bizə də müxalif düşüncəli, müxalif görüşlü insanlar gərəkdir.

 

Çünki hakimiyyəti gücləndirən elə müxalifətdir.

Az qala hər gün Facebook-da Skype vasitəsilə canlı yayıma çıxan, kameraya baxıb boğazını arıtlayan və sonra söz yığının fasiləsiz verbal tullantı şəklində tamaşaçılara ünvanlayanların islahı mümkün deyil.

İstəsələr də, alınmaz - şüur zəhərlənib artıq.

Məsələn, Cəmil Həsənlinin Facebook səhifəsində paylaşdığı elandan kiçik iqtibas: "Dostlar! Milli Şura bu gün keçirilən toplantısında Sizlərin çoxsaylı müraciətlərinizi nəzərə alaraq mitinq qərarı verdi".

Sanki, "Milli Şura" adlı dərnək "tamaşaçıların xahişi" ilə çalışan radioproqram, yaxud hansısa oteldəki animatorlar dəstəsidir ki, "çoxsaylı xahiş"lərdən sonra meydana çıxır.

Əslində, Cəmil Həsənli belə də yazmalıydı.

 

Onlar artıq siyasətçi yox, cılız şoumenlər təki davranırlar.

Şou və biznesi bilirlər axı...

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər