Deputat: Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır

16:36 28-03-2019 | icon 368 | Siyasət
Deputat: Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır

Azərbaycanlılara qarşı soyqırımı törətmiş Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır.

 

Versus.az Trend-ə istinadla bildirir ki, bunu açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

R.Əliyev qeyd edib ki, 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrlərdə isə həmin torpaqların özgəninkiləşdirilməsi prosesinə başlanılıb:

 

"Qısa müddətdə ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etsə də, havadarlarının himayəsi altında “erməni vilayəti” adlandırılan inzibati bölgənin yaradılmasına nail oldular. Süni surətdə yaradılmış bu ərazi bölgəsi əslində azərbaycanlıların öz tarixi torpaqlarından qovulması, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirilməsi üçün şərait yaratdı. Azərbaycan torpaqlarında “Böyük Ermənistan” yaratmaq xülyasını reallaşdırmaq üçün erməni xalqının tarixinin saxtalaşdırılmasına başlandı. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirdilər. Ermənilərin törətdikləri Bakıdan başlanan kütləvi qırğınlar Azərbaycanı və indiki Ermənistan ərazisindəki azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini əhatə etdi. Yüzlərlə yaşayış məntəqələri dağıdıldı, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi".

 

Deputat əlavə edib ki, bu siyasətin qanlı tərkib hissələrindən ən dəhşətlisi olan 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı öz ağır nəticələri ilə seçilir:

"2018-ci ilin mart ayından etibarən silahlı daşnak-bolşevik dəstələri, erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli və dini mənsubiyyətlərinə görə xüsusi qəddarlıqla qırğına məruz qaldı, insanlar diri-diri yandırıldı, tarixi və mədəniyyət abidələri, məktəblər, xəstəxanalar, məscidlər və qəbiristanlıqlar yerlə-yeksan edildi. 31 mart və 1-2 aprel 1918-ci il tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər yaşayış məntəqələrində kütləvi qırğınlar törədildi, 30 mindən çox dinc əhali amansızcasına qətlə yetirildi. Daha sonra Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Şirvan, Lənkəran və digər bölgələrdə xüsusi qəddarlıqla azərbaycanlılara qarşı soyqırımı həyata keçirildi. Bu hadisələr zamanı Şamaxıda 70-dən çox kənd tamamilə məhv edildi, 7 min nəfər öldürüldü. Quba qəzasında 122 kənd, Lənkəran qəzasında 40-a yaxın kənd dağıdıldı və yandırıldı, minlərlə günahsız insan, o cümlədən qadın və uşaqlar qətlə yetirildi".

 

Millət vəkili vurğulayıb ki, aradan uzun illər keçsə də, erməni cəlladlarının törətdikləri o qanlı hadisələr, ağlasığmaz vəhşiliklər Azərbaycan xalqı tərəfindən unudulmayıb və heç bir zaman unudulmayacaq:

 

"Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa olunduqdan sonra tarixi keçmişimizi daha dərindən öyrənmək imkanı yarandı, uzun illər gizli qalmış həqiqətlər üzə çıxdı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixində imzaladığı “Azərbaycanlıların soyqırmı haqqında” fərmanla həmin dəhşətli hadisələrə siyasi qiymət verildi. 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi və hər il dövlət səviyyəsində qeyd olunur. 2018-ci ildə bu bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimayyətinə daha dolğun çatdırılması məqsədilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən geniş tədbirlər planı həyata keçirilib.

Azərbaycan dövləti dünya ölkələrini və beynəlxalq təşkilatları 31 mart - azərbaycanlıların qətliamını soyqırım aktı kimi tanımağa çağırır. Soyqırımı törətmiş Ermənistana qarşı sanksiyalar təbiq olunmalı, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmaları təmin olunmalı və günahsız, dinc əhaliyə qarşı soyqırımı həyata keçirən cinayətkarlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin