Universitetlərimiz yanğın təhlükəsinə hazırdırlar?

17:25 28-03-2019 | icon 510 | Gündəm
Universitetlərimiz yanğın təhlükəsinə hazırdırlar?

 

 

Bir neçə gün öncə “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın böyük ajiotaja səbəb olub.

Fövqəladə Hallar Nazirliyindən yanğının geniş yayılmasına səbəb kimi obyekt rəhbərliyi tərəfindən indiyədək yanğın təhlükəsizliyi qaydalarına ciddi nəzarət olunmadığı və bu səbəbdən, yanğının geniş şəkildə ətrafa yayıldığı bildirilib.

Nəzərə alsaq ki, ali təhsil müəssisələrimizin əksəriyyətinin bufetlərində dönərxana, yeməkxanalarfəaliyyət göstərir və  burada təbii qazdan istifadə olunur, deməli, universitetlərin hər birində təhlükəsizlik qaydalarına əməl olunması olduqca vacib məsələlərdən biridir.

Bəs, Azərbaycanın ali məktəblərində yanğına qarşı hansı təhlükəsizlik tədbirləri görülür?

Versus.Az azedu.az a istinadla bir neçə ali təhsil müəssisəsində aparılan sorğunu təqdim edir.

UNEC-in İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib ki, ali məktəbdə bütün tədris binalarındakı yeməkxanalarda təhlükəsizlik qaydalarına ciddi riayət olunur.

Yeməkxanaların yanğına qarşı vəziyyəti mütəmadi olaraq universitetin aidiyyati şöbəsinin nümayəndələri, o cümlədən müvafiq qurumların əməkdaşları tərəfindən yoxlanılır. Yanğından müdafiə sistemləri, yanğına qarşı su kəmərlərinin, xəbərverici siqnalizasiya qurğularının, avtomatik yanğınsöndürmənin və yanğınsöndürmə balonlarının daima işlək vəziyyətdə saxlanılması təmin edilir. Yeməkxanalarda tətbiq olunan yanğın təhlükəsizliyi və mövcud yanğınsöndürmə vasitələrindən istifadə qaydaları barədə yeməkxana işçilərinə mütəmadi olaraq təlimatlar verilir. Elektrik avadanlıqlarının və elektrik şəbəkələrinin vaxtında profilaktiki baxışı keçirilir, nasaz vəziyyətdə olan cihazlar yenisi ilə əvəzlənir.

Azərbaycan Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Lalə Dilanova ali təhsil müəssisəsinin bufetində yanğın təhlükəsizliyinə riayət olunmasına dair müvafiq təlimatlar və qaydalara tam əməl olunduğunu vurğulayıb:

“Bütün normalar tam qorunur. Bufet yanğınsöndürmə avadanlıqları ilə təmin olunub. Təlimat və qaydalara əməl olunması daim nəzarətdə saxlanır”.

Bakı Mühəndislik Universitetinin mətbuat katibi Rəcəb Rzayev BMU-da yanğın əleyhinə bütün texniki avadanlıqlar mətbəxdə yerləşdirildiyiniqeyd edib:

“Yanğına qarşı təhlükəsizlik yüksək səviyyədədir. Bina tikilən zaman yanğın əleyhinə bütün texniki avadanlıqlar mətbəxdə yerləşdirilib”.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova ATU-da yanğına qarşı bütün təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirib:

“ATU-nun bufetləri mühafizəçilər, komendantlar tərəfindən mütəmadi nəzarətdə saxlanılır. Baş verə biləcək ən kiçik hadisəyə qarşı təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub”.

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli açıqlamasında ADU-nun bütün korpuslarında yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunduğunu söyləyib:

“ADU korpusların bütün mərtəbələrində təxliyə planı asılıb, yanğın söndürmək üçün lazımi avadanlıqlar quraşdırılıb. Eyni zamanda bütün otaqlar yanğın baş verən zaman xəbərdaredici avadanlıqlarla təmin olunub.

Yanğın təhlükəsizliyi ilə bağlı işlər məsul qurumların tövsiyəsi və iştirakı ilə həyata keçirilir”.

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılovanın sözlərinə görə,LDU-nuniki tədris korpusunun heç birində dönərxana fəaliyyət göstərmir:

“Tədris ilinin ilk günü tam müasir, modern yeni yeməkxana tikilərək istifadəyə verilib.Yeməkxana binasını istifadədən əvvəl FHN-nin Cənub Regional idarəsinin mütəxəssisləri tam yoxlamadan keçirərək fəaliyyətinə rəy veriblər. Bizdə bu sarıdan vəziyyət yaxşıdır. Novruz mühazirələri tədbiri zamanı nazirlik rəsmiləri özləri də bura baxış keçirdilər” .

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI