“Müəllimlə şagird arasındakı konfliktlər inkişafa xidmət edə bilər”

17:41 28-03-2019 | icon 542 | Təhsil
“Müəllimlə şagird arasındakı konfliktlər inkişafa xidmət edə bilər”

 

“Belə halların baş verməsi əslində, təhsil demokratiyası üçün çox vacibdir. Çünki, tələbə müəllimin diktəsi ilə razılaşmırsa və ya, müəllim tələbənin özbaşınalığına sərt reaksiya verirsə, bunun etik tərəflərinə də baxmaq lazımdır”.

Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə müəllimlə şagirdlərin konfliktlərini əks etdirən paylaşımlara rast gəlinir. Bəzilərində müəllimin sərt rəftarı, bəzilərində isə şagirdlərin qeyri-etik hərəkətləri özünü göstərir.

Lakin Fazil Mustafa müəllim-şagird, yaxud, müəllim-tələbə konfliktinin bəzi müsbət tərəflərinin də olduğunu düşünür:

 “Qanunlar nəyi tələb edirsə, hamı ona əməl etməlidir.Amma,bu konflikt diskussiya motivlidirsə, etik normaları aşmırsa,  normal qəbul etmək olar. Belə halların baş verməsi əslində, təhsil demokratiyasıüçün çox vacibdir.Çünki, tələbə müəllimin diktəsi ilə razılaşmırsa və ya, müəllim tələbənin özbaşınalığına sərt reaksiya verirsə, bunun etik tərəflərinədə baxmaq lazımdır.

Bu əgər elmi mövqe və düşüncə məsələsi ilə bağlıdırsa, yolveriləndirvə faydalıdır.Amma, davranış yetərsizliyi və mədəniyyətsizliyi istiqamətində baş verirsə ona müdaxilə etmək qanunlar çərçivəsində olmalıdır.Bunun üçündə hər kəs öz vəzifəsini bilməli və ona dəqiq əməl etməlidir.Ancaq, bu kontekstdən yanaşmaq olar.

Sosial şəbəkələrdə isə hər şeyi gizlətmək mümkün olmadığından bu tip məlumatlar yayılır.Müəllim və şagird ictimai personadı.Onlar universitet, məktəb kimi ictimai yerlərə çıxdığından belə şeyləri gizlətmək olmaz. Ona görə də hər kəs öz davranışına diqqət etməlidir ki, sonradan belə məlumatlar yayılanda utanmasın”.azedu.az/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...