McDonalds-da biabırçılıq: restoranın işçisi və müştərilər dalaşdılar
McDonald's fast-fud restoranları şəbəkəsinin İngiltərənin Mançester şəhərinin mərkəzində yerləşən restoranında qalmaqal yaşayıb.
Versus.Az Milli.az-a istinadla xəbər verir ki, yedikləri yeməklərin pullarını vermək istəməyən iki müştəri dava salıb. Onlar restoranın mühafizəçisinə hücum çəkiblər.
Müştərilərdən biri mühafizəçini yumruqla vurub, aldığı cavab zərbəsindən yerə sərilib.
Bunu görən ikinci müştəri davaya qoşulub. Dava böyüyüb, restoranın dörd işçisi də əlbayaxada iştirak edib.
Müştəriləri döyərək çölə çıxarıblar.
Versus.Az
Xəbər lenti
Tarixi dostluq və mehriban qonşuluq
"Əlaqələr gələcəkdə daha da inkişaf etdiriləcək"