Təcili arıqlamaq lazımdır

18:16 28-03-2019 | icon 737 | Sağlamlıq
Təcili arıqlamaq lazımdır

 Yay yaxınlaşır, bütün xanımlar qalın geyimlərdən xilas olub, bədənlərinin formasını daha qabarıq göstərəcək libaslara keçəcəklər. Bunun üçün də hamı qısa vaxtda incə bədən quruluşuna sahib olmaq istəyir. 



Versus.Az axşam.az-a istinadla məşqçisi Qızxanım Cəfərovanın xanımlara qısa vaxt ərzində açıqladığı arıqlamanın sirlərini təqdim edir:

"Yay fəslinə cəmi iki ay qalıb. Bir sual ortaya çıxır: siz isti yayı ideal və gözəl bədənlə qarşılamağa hazırsınız? Bədəninizin formada olması, orqanizminizin sağlam qalması üçün təcili hazırlıqlara başlamalısınız. Son ana qədər bu prosesi ləngitmək lazım deyil.



İlk növbədə xanımlara məsləhətim budur: özünüzə güvənin!

İndi orqanizmimiz payız-qış fəslindən yaz-yay ərəfəsinə keçid dövrü yaşayır. Qidalandığımız ərzaqların da növləri dəyişir. Bu da orqanizmimizin stres yaşamasına gətirib çıxarır. Amma arıqlamaq üçün bu ideal ərəfədir. İndi daha çox meyvə və tərəvəz çıxacaq. Bu da bizim istədiyimiz çəkiyə sahib olmağımıza kömək edəcək.



Qida rasionu haqda düşün:

İlk növbədə qida rasionumuzu müəyyənləşdirməliyik. Tez-tez, amma az yemək lazımdır. Qida rasionunuzda zülal, yağ və karbohidratlar olmalıdır. Bunları gün ərzində bərabər bölməlisiniz.

Düzgün qidalanın:

Səhərlər sıyıq və tərəvəz yeyin, bu, sizə enerji verəcək. Günorta düyü və ya qarabaşaq yeyib, yanına ət əlavə edə bilərsiz. Axşam zülal tərkibli qidalara üstünlük verin. Bunu tərəvəzlə qarışdıra bilərsiniz. Arada çərəz, meyvə qurusu, kəsmik yeməyə icazə var. Eyni zamanda su içməyi unutmayın. Əgər qaydalara əməl etsən, artıq çəki səndən getməyə başlayacaq.



İdmanı unutma:

Amma qəbul edək ki, təkcə pəhrizlə çox da böyük nailiyyətlər əldə edə bilməzsiniz. Eyni zamanda idmanı da unutmamalısınız. Aktiv həyat tərzindən qaçmayın.

Peşəkarlara müraciət edin:

Məşqçi sizin sağlamlığınızın qayğısına qalacaq. O, sizə düzgün məşq etmək üçün proqram hazırlayacaq. Məşq proqramına müxtəlif fiziki hərəkətlər daxil ola bilər. Həftədə üç-dörd dəfə idman zalına gəlin. Dörd məşqdən üçü güclü, biri isə yalnız qaçış xalçasında olacaq. Beləcə, orqanizmin uyğunlaşa, özünü təkmilləşdirə biləcək.

Nəticəni gözlə:

Bu, gözəl hərəkət sizə ideal bədən quruluşu verməklə yanaşı, sağlamlığınızın da qayğısına qalacaq. Nəticəyə özünüz də təəccüblənəcəksiniz".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı