Azərbaycanda daha bir ana ölümü

18:36 28-03-2019 | icon 406 | Sosial
Azərbaycanda daha bir ana ölümü

Neftçala rayonunda 1997-ci il təvəllüdlü Gülnaz Elxan qızı Abdullayevanın qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişməsi faktı ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Versus.Az trend-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, martın 23-də Neftçala Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişən G.Abdullayevanın birinci doğuşu olub. Onun bətnindəki dölün çəkisi 5 kiloqram olduğuna görə qeysəriyyə əməliyyatı edilməsi qərara alınıb:

"Uğurlu keçən əməliyyatdan sonra qadın palataya köçürülüb, 5 saat sonra qəfil dünyasını dəyişib. İlkin ehtimala görə, ana tromboemboliyadan dünyasını dəyişib. Artıq hüquq-mühafizə orqanları ölüm faktı ilə bağlı araşdırmalara başlayıb. Ekspertlərin rəyi hazır olduqdan və araşdırmalar başa çatdıqdan sonra hadisəyə hüquqi qiymət veriləcək".

----------
11:01

Neftçalada ana ölümü baş verib.

Versus.Az  oxu.az-a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Gülnaz Elxan qızı Abdullayeva Neftçala Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirdikdən sonra halı pisləşib və vəfat edib.

Onun dünyaya gətirdiyi körpə oğlan uşağıdır. 

Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, bu, qadının ilk hamiləliyi olub:

"Döl beş kiloqram olduğuna görə qeysəriyyə əməliyyatı etmək qərara alınıb. Əməliyyatdan sonra qadın palataya köçürülüb. Beş saat sonra 22 yaşlı qadın qəfil dünyasını dəyişib. İlkin ehtimala görə, ana tromboemboliyadan ölüb.

Hüquq-mühafizə orqanları artıq araşdırmalara başlayıb. Ekspertlərin rəyi hazır olduqdan və araşdırmalar başa çatdıqdan sonra hadisəyə hüquqi qiymət veriləcək".

Faktla bağlı araşdırma aparılır.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI