BTQ-nin ilk sərnişin qatarı...

02:20 29-03-2019 | icon 630 | Gündəm
BTQ-nin ilk sərnişin qatarı...

Gürcüstandan Azərbaycana yola düşdü

 

 

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək ilk sərnişin qatarı ötən gün axşam saatlarında Gürcüstandan Azərbaycana yola düşüb.

 

Versus.az “Report”a istinadən xəbər verir ki, İsveçrənin “Stadler” şirkətinin istehsalı olan 10 vaqondan ibarət qatar martın 24-dən 28-dək Gürcüstanın dəmir yollarında test olunub.

 

Qatar 9 yataqlı vaqon və 1 yeməkxana vaqonundan ibarətdir. Vaqonlar fiziki imkanları məhdud şəxslər üçün də adaptasiya olunub. Qatarın bu gün səhər saatlarında Bakıya çatacağı gözlənilir.

 

Qeyd edək ki, sərnişin qatarı İsveçrədən Türkiyəyə martın 23-də, Türkiyədən Gürcüstana isə martın 24-də çatdırılıb.

 

Xatırladaq ki, “Stadler” ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən BTQ üçün, ümumilikdə, 30 vaqon hazırlanacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI