"Bu, İsa Qəmbər başda olmaqla bütün müsavatçılara təhqirdir"

08:56 29-03-2019 | icon 640 | Siyasət
"Bu, İsa Qəmbər başda olmaqla bütün müsavatçılara təhqirdir"

"Biz müxalifətin birləşməsinin tərəfdarıyıq. Heç vaxt müxalifətdən biri haqqında pis fikir səsləndirməmişik, mənfi münasibətdə olmamışıq. Biz ancaq Əli Kərimli haqqında danışmışıq, onu tənqid etmişik, bundan sonra da edəcəyik. Əli Kərimlinin bu xalqa gələcək vəd etməsinə inanmırıq, onun fəaliyyətini görmüşük, bilirik”. 

 

Versus.Az xəbər verir ki, bunu martın 28-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qrup toplantısında qurumun sədri Razi Nurullayev deyib. 

AXCP sədri bildirib ki, Əli Kərimli  hər zaman müxalifətin birliyinə qarşı olub:

 

“Baxın, Müsavat Partiyası aprel ayının 7-də mitinq keçirməklə bağlı qərar verdi. Bundan 2 saat sonra Milli Şura toplandı və Əli Kərimli Cəmil Həsənlinin dili ilə 6 aprel tarixinə mitinq elan elədi. Bu, Müsavatın lideri İsa Qəmbər başda olmaqla bütün müsavatçılara təhqirdir. Mənim İsa Qəmbərə çox böyük hörmətim var. Əli Kərimli heç İsa Qəmbərin ayağının tozu ola bilməz. Əli Kərimli bilir ki, ayının 6-da mitinqə gələnlər 7-də gəlməyəcək. Ona görə də belə bir qərar verib. Əli Kərimli müxalifətin birliyinə, güclənməsinə hər zaman qarşı olub".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol