İri dövlət şirkətlərinə nəzarət qaydaları gücləndirilir

09:09 29-03-2019 | icon 401 | Cəmiyyət
İri dövlət şirkətlərinə nəzarət qaydaları gücləndirilir

“İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilib.

 

Versus.Az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları üzrə aşağıdakı tərkibdə Komissiya yaradılır:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

 

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının vergilər naziri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri.

 

Bununla yanaşı, iri dövlət şirkətləri, gəlirlər və xərclər smetasının layihəsini oktyabr ayının 15-dək Komissiyanın Katibliyinə təqdim edir. Komissiyanın Katibliyi iri dövlət şirkətlərinin növbəti ilin gəlirlər və xərclər smetalarının yekun layihələrini elektron və kağız daşıyıcılarda Komissiyaya təqdim edərək, onların Komissiyada müzakirəsini təşkil edir.

 

Azərbaycan Respublikasının dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşlarında (investisiya xərclərində) iri dövlət şirkətlərinə investisiya vəsaiti nəzərdə tutulduğu halda, həmin investisiya məbləğləri Komissiyanın Katibliyi tərəfindən iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının “Maliyyələşdirmə fəaliyyətindən pul vəsaitlərinin hərəkəti” və “İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti” bölmələrinin müvafiq bəndlərində əks etdirilməklə, smetalar Komissiyanın sədri tərəfindən yenidən təsdiq edilir.

 

İri dövlət şirkətləri gəlirlər və xərclər smetalarının rüblük icrasında proqnozlaşdırılan göstəricilərdən 10 faizdən yuxarı kənarlaşmaya yol verdikdə, Komissiyanın Katibliyinə kənarlaşmanın səbəbləri və onları əks etdirən göstəricilər barədə müvafiq izahat təqdim edir. Komissiyanın Katibliyi iri dövlət şirkətlərinin təsdiq olunmuş smetalarının rüblük icrasına dair müvafiq arayış hazırlayaraq elektron və kağız daşıyıcılarda Komissiyanın üzvlərinə təqdim edir. Komissiyanın üzvləri rəy və təkliflərini, habelə smetasının rüblük icra vəziyyətinin Komissiyada müzakirəsi zəruri hesab edilən iri dövlət şirkətlərinə dair təkliflərini 7 iş günü müddətində Komissiyanın Katibliyinə təqdim edir. Komissiyanın Katibliyi siyahısı Komissiya üzvlərinin rəy və təklifləri əsasında müəyyən edilmiş və Komissiyanın sədri ilə razılaşdırılmış iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının rüblük icra vəziyyətinin hər rübdən sonrakı ayın 30-dək Komissiyada müzakirəsini təşkil edir. Komissiyada müzakirəsi zəruri hesab edilməyən iri dövlət şirkətlərinin smetalarının rüblük icrasında kənarlaşmaların aradan qaldırılmasına dair Komissiyanın Katibliyi Komissiyanın üzvlərinin təmsil olunduğu qurumların nümayəndələrinin iştirakı ilə müzakirələr aparmaqla Komissiyaya təkliflər verir.

 

Həmçinin iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının hesabat ilinin birinci yarımilliyi üzrə icra vəziyyətinin nəticələrinə əsasən əməliyyat fəaliyyətindən cəmi daxilolmalarda proqnoz göstəricisindən 20 faizdən yuxarı kənarlaşma olduğu təqdirdə, həmin şirkətlərin gəlirlər və xərclər smetalarına yenidən baxılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin