Alim Qasımov haqqında kitab

19:28 27-09-2017 | icon 732 | Mədəniyyət
Alim Qasımov haqqında kitab

Beynəlxalq Muğam Mərkəzində xalq artisti Alim Qasımova həsr olunan “Muğamın meracı” kitabının təqdimatı olub.

Versus.Az-ın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Alim Qasımovun yaradıcılığından danışıb, onu böyük sənətkar kimi dəyərləndirib:

“Alim Qasımov Azərbaycan musiqisini dünyaya təqdim edən elçilərdən biridir. Onun ifaçılıq tərzi, üslubu muğam sənətimizdə yeni sözdür. Mənə Alim Qasımovun xaricdəki konsertlərində iştirak etmək nəsib olub. Görmüşəm ki, onun sənəti insanlara nə qədər böyük təsir edir. Bu gün eyni zamanda gözəl bir kitabın təqdimatıdır. Bu kitabda onun bütün yaradıcılığı əhatə olunub. Mən Alim Qasımova yeni uğurlar, yeni zirvələr arzu edirəm”.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşri başa çatdırılan “Muğamın meracı” adlı kitabının müəllifi Lətifəxanım Əliyevadır. Kitabda Alim Qasımov haqqında tanınmış şəxsiyyətlərinin müsahibələri toplanıb.

Tədbirdə qeyd edilib ki, kitabda 13 müsahibin və müəllifin (13+1) təhlil xarakterli düşüncələri sayəsində oxucu ilk dəfə olaraq Alim Qasımovu “sufi-filosof-xanəndə” tandemində muğam ifa edən sənətkar kimi “kəşf” edib tanıya biləcək. “Şərq-Qərb” nəşriyyatında işıq üzü görmüş kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

Tədbir bədii hissə ilə davam edib.

Mirvari Mustafayeva
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu