Bakıdan Ciddəyə aviabiletlər satışa çıxarılıb

11:02 29-03-2019 | icon 807 | Gündəm
Bakıdan Ciddəyə aviabiletlər satışa çıxarılıb

Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları”nın (AZAL) www.azal.az saytında Bakı-Ciddə-Bakı (Kral Əbdüləziz Beynəlxalq Aeroportu - JED) istiqamətində reyslərə aviabiletlər satışa buraxılmışdır.

 

Versus.Az xəbər verir ki, birbaşa uçuşlar aviaşirkətinin yay uçuş cədvəli çərçivəsində iyunun 10-dan etibarən həftədə 1 dəfə - bazar ertəsi günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək. Reysin qış uçuş cədvəli çərçivəsində də davam etdirilməsi planlaşdırılır. Qış uçuş cədvəli aviaşirkətin saytında dərc olunacaq.

 

Bakı və Ciddə arasındakı müntəzəm reyslər Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha əlçatan edəcək, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcək.

 

Bu istiqamət üzrə aviabiletləri həmçinin AZAL-ın kassalarında və aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Sözügedən reyslərdə sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat www.miles.azal.az internet saytında verilib.

 

Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün AZAL aviaşirkətinin Çağrı Mərkəzinə [email protected] email ünvanı və ya saytdakı əlaqə forması https://www.azal.az/az/webform/contact-usvasitəsilə müraciət etmək mümkündür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı