Deputat enerji içkiləri ilə bağlı qadağa qoyulmasını təklif edib

18:33 29-03-2019 | icon 580 | Cəmiyyət
Deputat enerji içkiləri ilə bağlı qadağa qoyulmasını təklif edib

Millət vəkili Qənirə Paşayeva MM-in bu gün keçirilən iclasında 18 yaşına çatmamış uşaqlara enerji (energetik) içkilərinin satışının qadağan edilməsi təklifi ilə çıxış edib.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili bildirib ki, çoxlu sayda ailələr, valideynlər 18 yaşına çatmamış uşaqlara energetik içkilərin satışının qadağan edilməsi, qadağanı pozanların cəzalandırılması təklifi və xahişi ilə müraciət edirlər. Millət vəkili qeyd edib ki, energetik içkilər uşaqların sağlamlığına ciddi zərər vurur, asılılıq yaradır. Bu faktorları ciddi narahatlıq doğurduğunu, ailələrin, valideynlərin xahişlərini və energetik içkilərin sağlamlığa vurduğu zərəri nəzərə alaraq bu içkilərin 18 yaşına çatmamış uşaqlara satışı qadağan edilməlidir.

 

Q.Paşayeva bildirib ki, energetik içkilərin 18 yaşına çatmamış uşaqların içməməsi tövsiyyəsi ilə Qida Təhlükəsizliyi Agentliyi çıxış edib, həmçinin Ombudsman Milli Məclisə təqdim etdiyi illik hesabatında 18 yaşına çatmamış uşaqlara energetik işçilərin satışının qadağan edilməsi məsələsinə baxılması təklif olunub.

 

Millət vəkili deyib ki, valideynlər uşaqlarının energetik içkilərdən istifadə etməmələrinə nəzarət etməyin çox çətin olduğunu qeyd edirlər, çünki məktəblərin əksəriyyətinin çox yaxınlığında bu içkilərin sərbəst satışı həyata keçirilir, buna görə də energetik işçilərin 18 yaşına çatmamış uşaqlara satışı tam qadağan edilməlidir.

 

Energetik içkilərin açıq və gizli reklamının çox güclü aparıldığını və bunun uşaqlarda bu içkilərə aludəçiliyin artmasına səbəblərdən biri olduğunu deyən Q.Paşayeva energetik içkilərin 18 yaşına çatmamış uşaqlara satışının qadağan edilməsi istiqamətində addımların atılmasının və bu qadağanı pozan şəxslərin ciddi cəzalandırılması müxanizmlərinin qanunvericilikdə öz əksinin tapmasının vacibliyini qeyd edib.

 

Uşaqların sağlamlığı, gələcəyi hər şeydən vacibdir, çünki uşaqlar millətimizin gələcəyidir deyən millət vəkili müəyyən qrup şəxslərin pul qazanması naminə uşaqlarımızın sağlamlığı, gələcəyi ciddi narahatlıqlarla üzləşməməlidir və valideynlərin, ailələrin 18 yaşına çatmamış uşaqlara energetik işçilərin satışının qadağan edilməsi ilə bağlı çağırışları nəzərə alınmalı, bu məsələ qanunvericiliklə tənzimlənməli və bu qadağanı pozan şəxslərin ciddi cəzalandırılması mexanizmləri qanunvericilikdə öz əksini tapmalıdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı